Zeynəb Əliqızı

Zeynəb Əliqızı


Gürcüstan SSR-in dövlət xadimi, 1938-1946-cı illərdə Gürcüstan Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı Zeynəd Əliqızı 1910-cu ildə Rusiya İmperiyası, Tiflis quberniyasının Borçalı qəzasının Xancıqazlı kəndində dünyaya gəlib.
Zeynəb Əliqızı 1930-cu ildə Qaçağan kənd yeddillik orta məktəbini bitirib.
1936-cı ildə Tbilisi Zaqafqaziya Kommunist Universitetinin 3 illik “Marksizm-Leninizm” kursunu bitirib.
1939-cu ildə Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetinin dinləyicisi olub.
Türk, gürcü və rus dillərini sərbəst bilib.
Zeynəb Əliqızı səkkiz yaşında, atasını itirib və anasının himayəsində böyüyub.
1925-27-ci illərdə Borçalı qəzasının Qaçağan kəndində dəmirçi köməkçisi işləyib.
1925-1932-ci illərdə Gürcüstan Lenin Kommunist Gənclər İttifaqının Borçalı qəza Komitəsinin üzvü olub.
1932-ci ildə Gürcüstan Kommunist (Bolşeviklər) Partiyasının üzvlüyünə qəbul edilib.
1927-ci ildən 1935-ci ilə kimi Borçalı qəzası Xancıqazlı kolxozun da pambıqçı işləyib.
Zeynəb Əli qızı 1929-1930-cu illərdə, Gürcüstan SSR-in ali hakimiyyət orqanı olan Ümumgürcüstan Beşinci Sovetlər Qurultayında Borçalı rayonundan seçilmiş nümayəndə, 1931-33-cü illərdə isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Ümumqafqaz Altıncı Sovetlər Qurultayında Borçalı rayonunun seçilmiş nümayəndəsi olub.
1932-1935-ci illərdə Xancıqazlı Kollektiv Təsərüfatı İdarə Heyətinin üzü, həmçinin Gürcüstan K(B)P Borçalı rayonu Qaçağan yerli Komitəsinin üzvü vəzifələrini tutub.
Zeynəb Əliqızı 1935-ci ildə Gürcüstan K(B)P Borçalı rayon Komitəsi Plenumunun üzvlüyünə daxil edilib.
1938-ci ildə Gürcüstan SSR Borçalı rayonu 72 saylı Aşağı Saral seçki dairəsindən Gürcüstan SSR Ali Sovetinə Kommunistlər və Bitərəflər seçki blokundan deputatlığa namizəd göstərilib və Gürcüstan Ali Sovetinin deputatı seçilib.
Zeynəb Əliqızı 1946-ci ilə kimi Gürcüstan Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib.
Zeynəb Əliqızı Gürcüstanda dünyasını dəyişib.