Dünya Şəxsi Məlumat Ensiklopediyası

Xidmətlər

Dünya Şəxsi Məlumat Ensiklopediyası” hər bir tərcümeyi-hal müəllifinin tərcümeyi-hal məlumatlarının tam, dəqiq və sərbəst ensiklopediyasının yaradılmasıdır.

 

“Dünya Şəxsi Məlumat Ensiklopediyası”na tərcümeyi-halın yerləşdirilməsi nəyə lazımdır?

 

Bu səhifə hər kəs üçün səmərəli və əlçatan səhifədir, hansı ki, sizə öz tərcümeyi-halınızı (avtobioqrafiyanızı) dərc etməklə gələcək nəsillərə bilik, təcrübə və tarix ötürməyə imkan verəcək. Artıq saysız-hesabsız mənbələrdə məlumat axtarmaq, arxivləri qaldırmaq və tapılmış məlumatları bir-biri ilə əlaqələndirməyə ehtiyac olmayacaq. Sadə bir addım atın – “Dünya Şəxsi Məlumat Ensiklopediyası”na daxil olun və həyat hekayənizi qeyd edin! Çünki, insanın keçmişi gələcəyə töhfə verən ümumi keçmişin bir parçasıdır.

Dünya Şəxsi Məlumat Ensiklopediyası”nın nəşri münasib qiymətə səhifədə yerləşdirilmiş tərcümeyi-hallar toplusu olmaqla hər kəsə əlçatandır.Həmçinin, funksional, sürətli və səmərəlidir. Vizuallaşdırma üsulları ilə həyatınızın möhtəşəm məlumat bazasını yaradın. Çünki, siz buraya yalnız məlumat və hadisələri deyil, həm də foto və videoları yükləyə bilərsiniz. Sonra bir düyməni basmaqla onları ümumdünya internet şəbəkəsində saxlaya bilərsiniz.

Şəxsi məlumatları dolduraraq qeydiyyatı tamamlayın. Balansın doldurulmasını həyata keçirin. “Tərcümeyi-hal əlavə et” bölməsində doğru məlumatları təqdim edərək formanı doldurun. Təsdiq üçün redaktora göndərin. Redaktor yüklədiyiniz tərcümeyi-hal məlumatlarının səhifənin şərtlərinə uyğun doldurulmasını təsdiq edir. Müəyyən olunmuş rüsum tutulur (səhifədə dərc olunarkən seçdiyiniz tarif planına görə tutulan ödəniş) və tərcümeyi-hal səhifədə yerləşdirilir. Müəllifə e-poçt vasitəsilə tərcümeyi-hala keçid etmək üçün link göndərilir. Nəticə etibarı ilə müəllif tarixə öz töhfəsini verməklə gələcək nəsillər üçün tarixdə iz və xatirə buraxmış olur.

Müəllif istədiyi vaxt tərcümeyi-halını yeniləyə və həyatının bütün maraqlı anlarını əlavə edə bilir. Daha sonra təsdiq edilməsi üçün redaktora təqdim edir. Redaktor tərcümeyi-halın səhifənin şərtlərinə uyğun olaraq yeniləndiyini təsdiq edir. Müəyyən bir ödəniş alınır (səhifədə tərcümeyi-halı yeniləyərkən alınan ödəniş) və istifadəçinin səhifədəki tərcümeyi-halı yenilənir. Müəllifə e-poçt vasitəsilə yenilənmiş tərcümeyi-hala keçid etmək üçün link göndərilir.