Dünya Şəxsi Məlumat Ensiklopediyası

Xaqani Eminov

Xaqani Eminov

Soyadı
Eminov
Adı
Xaqani
Ata adı
Sahib
Anasının adı
Xətayə
Doğum tarixi
1 noyabr 1973
Doğum yeri
Azərbaycan, Gəncə şəhəri
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
AzərbaycanSSRİ
İnancı
İslam
Peşəsi
Hüquqşünas

Xaqani Eminov 01 noyabr 1973-cü ildə Azərbaycan Respublikasının Gəncə (keçmiş Kirovabad) şəhərində ziyalı ailəsində anadan olub. 

Atası Borçalının Kosalı, anası Böyük Muğanlı kəndindəndir. 

 

1980-ci ildə Mir Cəlal adına Gəncə şəhər 39 saylı orta məktəbinə daxil olub. 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirib.

1988–1991-ci illərdə Gəncə Elektron Sənayesi Texnikumunda texnik-elektrik ixtisası üzrə təhsil alıb. 

1999-cu ildə Gürcüstan Dövlət İdaraetmə İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 2004-cü ildə həmin universitetin tam kursunu bitirməklə hüquqşünas ixtisasına yiyələnmişdir. 
 
 

1994-cu ildən müxtəlif  sahələrdə, o cümlədən bir sıra şirkətlərin təhlükəsizlik xidmətlərində  işləməklə yanaşı siyasi fəaliyyətlə məşğul olmuş, dövlətçilik maraqlarının müdafiəsi istiqamətində aparılan bir çox siyasi proseslərin fəal iştirakçısı olmuşdur.

2002-ci ilin martından 2005-ci ilin avqustunadək Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Azərbaycandakı səlahiyyətli nümayəndəsi vəzifəsini tutmuşdur.

2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş və Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə millət vəkilliyinə bitərəf namizəd kimi iştirak etmişdir.

2006-ci ildə öz təşəbbüsü ilə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan dövlətinin apardığı siyasətə dəstək olmaq məqsədilə, hazırki Gürcüstan Respublikası ərazisində yaşayan azərbaycanlılara qarşı həmin dövrlərdə daha radikal şəkil almış diskriminasiya siyasəti ilə mübarizə aparmaq üçün Borçalı Türklərinin Hüquqlarını Müdafiə Komitəsini yaratmışdır. Komitənin təsis toplantısında onun sədri seçilmiş və bu istiqamətdə aparılan bir çox proseslərdə fəal iştirak etmişdir.

2002-ci ildən 2018-ci ilə qədər fiziki şəxs kimi qeydiyyatdan keçməklə müstəqil hüquqşünas kimi fəaliyyət göstərmişdir.

2019-cu ildə "Vecon" MMC Qiymətləndirmə Şirkətində direktor müavini, daha sonra hüquqşünas-mütəxəssis vəzifəsində işləmişdir. 

Hazırda “Azpetrol Ltd.” MMC-nin hüquq şöbəsində hüquqşünas işləyir.

2017-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illik yubiley medalı ilə təltif edilmişdir.

2019-cu ildə Ukraynanın "KRAİNA" Ümum Ukrayna İctimai Birliyi tərəfindən "Slava Ukraine" ordeni ilə təltif edilmişdir.

28 may 2020-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Şərəf" ordeni ilə təltif edilib.

2020-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi Xidmətlərə Görə" ordeni ilə təltif edilib.