Dünya Şəxsi Məlumat Ensiklopediyası

Tofiq Mirzəyev

Tofiq Mirzəyev

Soyadı
Mirzəyev
Adı
Tofiq
Ata adı
Mürsəl
Doğum tarixi
20 noyabr 1940
Ölüm tarixi
6 yanvar 2016
Doğum yeri
Böyük Bəylər kəndi, Borçalı rayonu, Gürcüstan SSR
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
AzərbaycanSSRİ
İnancı
İslam
Peşəsi
Dövlət xadimi

Azərbaycan SSR və Azərbaycan Respublikasının görkəmli dövlət və siyasi xadimi, 1988–1990-cı illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin katibi, 1976–1991-ci illərdə Azərbaycan SSR Maliyyə Nazirinin müavini, 1991–1992-ci illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komisiyyasının üzvü, tanınmış iqtisadçı, iqtisadiyyatın idarə olunması üzrə mütəxəssis, elmi tədqiqatçı və ictimai xadim Tofiq Mürsəl oğlu Mirzəyev 20 noyabr 1940-cı ildə Gürcüstan SSR-in Borçalı rayonunun Böyük Bəylər kəndində dünyaya gəlmişdir.

Tofiq Mirzəyev 1957-ci ildə Gürcüstan SSR Marneuli rayonu Böyük Bəylər kənd orta ümumtəhsil məktəbini bitirib. Həmin il Bakıda, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə daxil olub və ali təhsili 1962-ci ildə başa vurub. Azərbaycan SSR Maliyyə Nazirliyinin göndərişi əsasında, 1977-ci ildə SSRİ Maliyyə Nazirliyinin İttifaq Respublikaları maliyyə işçiləri üçün təkmilləşmə kursunu bitirib. 1979-cu ildə Timiryazev adına SSRİ Kənd Təsərüffatı Akademiyasında ixtisasartırma kursu keçib. 1987-cü ildə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində İdarəetmə kursunun dinləyicisi olub.

Tofiq Mürsəl oğlu Mirzəyev ilk əmək fəaliyyətində 1963-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitısində məsləhətçi kimi işə başlamış. 1963–1976-cı illər ərzində Azərbaycan SSR Dövlət Plan Komitəsi, Azərbaycan SSR Nazirlər Soveti Maliyyə İdarəsi və Maliyyə Nazirliyində müxtəlif vəzifələr tumuşdur.

27 iyun 1976-cı ildə Tofiq Mirzəyev gənc kadr kimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əli İbrahimov hökumətində Maliyyə Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR-in maliyyə sisteminin təkmilləşdirilməsi, yeni operativ idarəetmənin və büdcə vasitlərinin səmərərli xərclənməsi prinsiplərinin tətbiqi, SSRİ Nazirlər Sovetinin maliyyə islahatlarının Azərbaycanda həyata keçirilməsi məhz Tofiq Mirzəyevin fəaliyyəti ilə bağlıdır. 1976–1991-ci illərdə Azərbaycan SSR-in sürətli sənayeləşmə və kənd təssürüfatının inkişafı dövründə hökümətin maliyyə sisteminin operativ işləməsi məhz Tofiq Mirzəyev tərəfindən təmin edilmişdir. Uzun müddət ərzində Azərbaycan SSR Nazirlər Sovetinin Sədrləri dəyişdirilsə də, yeni Maliyyə Nazirləri vəzifəyə gəlib, vəzifədən getsə də, Tofiq Mirəzyev əvəzedilməz kadr kimi, Azərbaycan SSR Maliyyə Nazirinin müavini postunda saxlanılmışdır.

22 yanvar 1981-ci ildə Azərbaycan SSR Ali Soveti tərəfindən Həsən Seyidovun Sədrliyi ilə yeni Nazirlər Soveti formalaşdırılanda Tofiq Mirzəyev yenidən Maliyyə Nazirliyində saxlanıldı və nazir müavini postuna təyin edildi. Yeni hökumət başçısı Həsən Seyidovun əslən Borçalıdan olması, həmçinin Azərbaycan KP Mərkəzi Komitəsində Tofiq Mirzəyevlə bir çox dövlət tədbirlərində birgə fəaliyyət göstərmələri səmimi münasibətlərin və birgə fəaliyyətin əsasını qoydu.

1982–1983-cü illərdə Azərbaycan SSR Maliyyə Naziriliyi və Dövlət Plan Komitəsi Tofiq Mirzəyevin təklifi əsasında Azərbaycanda pul tədavülü sahəsində işlərin təkmilləşdirilməsi üçün xüsusi islahat həyata keçiridi. Bu proses Azərbaycan SSR-də sənaye istehsalının və kənd təsürüffatı məhsullarının artması nəticəsində Respublikanın büdcəsində toplanan maliyyə vəsaitlərinin rasional xərclənməsinə ciddi təsir göstərdi.

1983–1984-cü illərdə Yuri Andropovun SovİKP Mərkəzi Komitəsi Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifələrinə gəlməsi bütün SSRİ-də olduğu kimi, Azərbaycan SSR-də də dövlət səviyyəsində həyata keçirilən "Əmək intizamı" siyasətinin sərtləşdirilməsi ilə müşahidə edildi. O vaxt Azərbaycan SSR rəhbəri K.Bağırov "Əmək intizamı" siyasətinin Azərbaycan reallığına və yerli şəraitdə zərəsiz həyata keçirilməsi üçün Maliyyə Nazirinin müavini Tofiq Mirzəyevdən xüsusi proqram hazırlayıb həyata keçirmək göstərişi verdi. 1983-cü ilin sonu 1984-cü illərdə Azərbaycan SSR-də Tofiq Mirzəyevin "Müəsisəslərdə mühasibat uçotu, onun mexanikləşdirilməsi və əmək intizamı" proqramı və bu istiqamətdə maliyyə siyasəti reallaşdırıldı. Bu keçmiş SSR-də Ukrayna SSR, Litva SSR, Latviya SSR və RSFSR ilə yanaşı Azərbaycanın da göstəricilərində biri idi.

1984-cü ildən etibarən SovİKP Baş katibi Mixail Qorbaçovun tətbiq etməyə başladığı yenidənqurma siyasəti, iqtisadi liberallşma, bazar iqtisadiyyatı sistemin mərhələli tətbiqi, SSRİ və Azərbaycan SSR-in maliyyə sistemini də əhatə etməyə başladı. 1985-ci ildə Nikolay Rıjkov hökumətində SSRİ Maliyyə Naziri təyin edilən Boris Qostevin tətbiq etməyə başladığı yeni maliyyə planlaşdırması və bazar iqtisadiyyatı prinsiplərinə uyğun liberal maliyyə siyasəti Azərbaycanda Tofiq Mirzəyev tərəfindən həyata keçirilməyə başladı.

Ayaz Mütəllibov Höküməti dövründə (1989-1990) Tofiq Mirzəyevin fəaiyyəti nəticəsində 1990-cı ilə qədər Azərbaycan SSR də dövlətin maliyyə siyasətinin liberallaşdırılması, bazar iqtisadiyyatının tətbiqinə maliyyə sisteminin uyğunlaşdırılması prosesi həyata keçirildi.

1988-ci ildə SovİKP Baş katibi Mixail Qorbaçovun müttəfiq respublikalarda partiya və respublika rəhbərliyinin 1970–80-ci illərdən kök salmış milli-siyasi klanlardan təmizləmə siyasəti bütün müttəfiq sovet respublikalarında yuxarı partiya-dövlət elitasının dəyşdirilməsinə gətirib çıxardı. 1988-ci ildə Azərbaycan SSR yeni rəhbər təyin edilən Əbdürrəhman Vəzirov, SSRİ rəhbərliyinin razılığı ilə Ayaz Mütəllibovun başçılığı ilə yeni Azərbaycan SSR Nazirlər Soveti təyin etdi.

27 yanvar 1989-cu ildə formalaşdırılan yeni tərkibli edilən Azərbaycan SSR Nazirlər Sovetində Maliyyə naziri vəzifəsindən kənarlaşdırılsa da əvəzedilməz kadr və maliyyə siyasətinin profesiional mütəxəssisi Tofiq Mirəzyev Ayaz Mütəllibov hökumətində də Maliyyə Nazirinin müavini vəzifəsə təyin edildi. Bu o demək idi ki, Azərbaycan SSR maliyyə sistemi və ümumən dövlətin apardığı maliyyə siyasəti Tofiq Mirəzyevsiz mümkün deyil.

1988-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin Birinci katibi Ə.Vəzirov Tofiq Mirzəyevi Azərbaycan KP MK katibi təyin etdi. Tofiq Mirzəyev artıq Azərbaycan SSR maliyyə siyasətinin Mərkəzi Komitədəki kuratoruna çevrildi. Bu vəzifəsinin öhdəsindən uğurla gələn T.Mirzəyev SSRİ-də başlayan ciddi iqtisadi böhranın Azərbaycanda təsirinin azaldılması üçün bir sıra starteji təkliflər irəli sürdü və müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçrilməsinə nail oldu.

1990-cı il 20 yanvar faciəsindən sonra Azərbaycan SSR rəhbərliyində dəyişiklik edildi. Azərbaycan KP MK Birinci katibi Əbdürrəhman Vəzirov vəzifəsindən kənarlaşdırıldı. Respublikaya rəhbərliyinə Ayaza Mütəllibov gətirildi. 26 yanvar 1990-cı iləd Həsən Həsənovun başçılığı ilə formalaşdırılan Azərbaycan SSR Nazirlər Sovetində Tofiq Mirzəyev həmiş olduğu kimi yenidən Maliyyə Nazirinin müavini vəzifəsində saxlanıldı. Onunla hələ 70-ci illərin sonunda tanış olan Həsən Həsənov maliyyə siyasəti sahəsində yetişmiş, xüsusi təcrübayə malik olan mütəxəssisi əldən vermək istəmədi.

1988-ildə Dağlıq Qarabağ bölgəsində başlanan erməni separatizmi və yavaş yavaş alovlanan milli münaqişə vətənpərvaər şəxs olan Tofiq Mirzəyevi də düşündürürdü və o yenidən fəaliyyətə keçərək müxtəlif qabaqlayıcı tədbirlərin həyata keç.irilməsi üçün dövlət orqanlarına təkliflər hazırladı və təqdim etdi. Digər tərəfdən isə qonşu Gürcüstan SSR-də yaşayan spoydaşlarımızın yaşadığı bölgələrdə ictimai-siyasi və kriminogen durum süni sürətdə gərginləşdirilməyə başladı. Əsələn Borçalıdan olan Tofiq Mirzəyev ata-bablarının dəfn edildiyi torpaqlarda anti-türk tendensiyasının açıq milli konflitə çevrilməsinə yönəldilmiş gürcü şovinist siyasətini çox gözəl anlayırdı. Milliyətçi-şovinist Zviad Qamsaxurdiyanın Gürcüstanda hakimiyyətə gəlməsi və "Gürcüstan gürcülər üçündür" şovinist siyasi şüarı dövlət siyasətinə çevirməsi Azərbaycan rəhbərliyini, həmçinin Tofiq Mirzəyevi də hərəkətə keçirdi.

1988-ci ildən başlayaraq Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi, soydaşlarımızın kütləvi sürətdə Azərbaycana gəlməsi respublika hökuməti üçün əlavə maliyyə və sosial-iqtisadi problemlər yartmağa başladı. Bu problemlərin həll edilməsi üçün Tofiq Mirzəyev Azərbaycan SSR Nazirlər Sovetinin Məcburi Köçgünlərlə bağlı məsələlərin həll edilməsi üçün dövlət Müvəkkili təyin edildi.

1989–1990-cı illərdə məhz Tofiq Mirzəyevin fəaliyyəti nəticəsində Azərbaycan SSR Nazirlər Soveti və Maliyyə Nazirliyi Ermənistandan köçürülmüş soydaşlarımızın maddi problemlərinin həll edilməsi, onların ərzaq və vacib məhsullarla təmin edilməsi mexanizmini hazırladı və həyata keçirdi. Həmçinin Tofiq Mirzəyev soydaşlarımızın Ermənistan SSR-də qalan əmlaklarının uçota alınması maddi və fiziki ziyanıların ödənilməsi üçün SSRİ Ali Məhkəməsinə və digər hüququ-mühafizə orqanlarına müraciət edilməsi qaydaları üçün hüquqi baza hazırladı.

1990-cı ildə Ermənistan SSR-lə sərhəd bölgələrində, Dağlıq Qarabağ Muxtar Vilayəti və şaumyan rayonu ərazilərində ictimai-siyasi vəziyyətin gərginləşməsi, kriminogen durumun nəzarətdən çıxma ehtimalının armasını nəzərə alıb Azərbaycan SSR daxili İşlər Nazirliyində islahat aparılması, milis işçilərinin və mobil əməliyyat qrupları şəxsi heyətinin 22.000 nəfərə qədər artırılması üçün Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibova və Azərbaycan SSR Hökumətinə xüsusi təkliflər paketi hazırlayıb təqdim etdi. Bu təklif nəzərə alınaraq reallşadırıldı və formalaşdırılan daxil qoşon şəxsi heyəti sonradan Azərbaycan Silahlı Qüvvələrinin ilk əsasnı təşkil etdi.

19 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra Tofiq Mirzəyev müstəqil dövlətin Nazirlər Kabinetində yenə də Maliyyə Nazirinin müavini vəzifəsində saxlanıldı.

Tofiq Mirzəyevin üzrinə yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının maliyyə sisteminin yeniləşdirilməsi və stabilləşdirilməsi vəzifəsi düşürdü.

5 fevral 1991-ci ildə Tofiq Mirzəyev Azərbaycan Respublikası Prezidenti Ayaz Mütəllibovun fərmanı ilə Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komissiyasının üzvü təyin edildi. Bu Dövlət Komissiyasında Tofiq Mirzəyevin üzərinə qoyulmuş vəzifə Gürcüstandan soydaşlarımızın deportasiyasının qarşısının alınması, Dağlıq Qarbağ regionu ilə bağlı problemlərin həlli və digər məsələlər idi.

1992–1993-cü illərdə Tofiq Mirzəyevin fəaliyyəti nəticəsində Gürcüstanda yaşayan soydaşlarımızın deprotasiyasının qarşısı alındı və Gürcüstanln Borçalı bölgəsində milli münaqişənin baş verməsi mümkün olmadı.

1992-ci ildə Prezident Ayaz Mütəllibov hakimiyyətdən devrildikdən sonra 1 il ərzində Azərbaycan Nazirlər Kabineti bir neçə dəfə yenidən formalaşdırıldı. Hökumətin dəyişməsinə baxmayaraq Tofiq Mirzəyevin maliyyə siyasəti üzrə mütəxəssis olması onun tuduğu vəzifəsi üçün əvəzedilməz kadr edirdi.

1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyəti ilə müəyyən məsələlərdə fikir ayrılığının yarnması, hakimiyyətədə dərbəyliyin olması Tofiq Mirzəyev tərəfindən dəfələrlə açıq etirazla qarşılandı. Nəticədə Milli Məclisin sədri İsa Qəmbərin və Dövlət katibi Pənah Hüseynin təkidləri ilə Prezident Əbülfəz Elçibəy 16 dekabr 1992-ci ildə Tofiq Mirzəyevin Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini vəzifəsindən kənarlaşdırılması barədə fərman imzaladı. Tofiq Mirzəyev kimi peşəkar kadr vəzifədən uzaqlaşdırılması 2 ay ərzində özünü göstərdi. Azərbaycan Respublikasında plansız maliyyə siyasəti, büdcənin qeyri-rasional istifadəsi iqtisadi xaosa və maliyyə böhranına gətirib çıxardı. Tofiq Mirzəyev 15 may 1993-cü ilə qədər Azərbaycan Respublikası Milli Məsələlər üzrə Dövlət Komissiyasının üzvü kimi vəzifəsini icra etdi.

1993-cü ildən sonra isə Tofiq Mirəzyev ictimai-siyasi fəaliyyətini Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönəltmiş oldu.

Tofiq Mirzəyev gənc yaşlarında ictimai-siyasi işlərdə fəal iştirak etmişdir. 1956-cı ildə Tofiq Mirzəyev ÜİLKGİ-na daxil olmuş, tələbəllik illrində ÜİLKGİ ümüurespublika tədbirlərində daima iştirak etmişdir. 1965-ci ildə Azərbaycan KP-na üzv qəbul ediilmiş, 30 yanvar 1976-cı ildə Azərbaycan KP-nın 29-cu Qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə seçilmişdir. Tofiq Mirzəyev 1988-cı ildək Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1990-cı ilə qədər isə Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifəsində siyasi fəaliyyətini davam etdirmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavini vəzifəsindən gedən Tofiq Mirzəyev Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə sistemli şəkildə məşğul olmağa başlamışdır.

Tofiq Mirzəyev 1993-cü ildə "Borçalı İctimai Cəmiyyətinin yardılmasında yaxından iştirak etmiş və Təsis Konfransının nümayəndəsi seçilmişdir.. 1993–2009-cu illərdə Borçalı İctimai Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.

2009-cu ildən 2012-ci ilə qədər Borçalı İctimai Cəmiyyətin Ağsaqqalar Şuasının üzvü kimi fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin müzakirə edilməsi üçün Bakıda Borçalı Forumu çağrılmış və Tofiq Mirəzyev Borçalı Forumunun Sədri seçilmişdir.

Tofiq Mirzəyev 1995-ci ildən 2016-cı ilə, ömrünün sonuna qədər Azərbaycan Respublikası Ağsaqqalar Şurası Təftiş Komissiyasının Sədri vəzifəsini tutmuşdur.

Tofiq Mirzəyev 6 yanvar 2016-cı il tarixdə, 75 yaşında Azərbaycanda, bakı şəhərində dünyasını dəyişmiş və bakıda dəfn edilmişdir.

Tofiq Mirzəyev Azərbaycan SSR və Azərbaycan Respublikasında yüksək dövlət vəzifələri tutsa da, 1975-ci ildən etibarən ömürünün sonuna qədər elmi yardıcılıqla məşğul olmuşdur və iqtisadiyyatın, kənd təsərüffatının idarə olunması, iqtisadiyyat-maliyyə sisteminin tənzimlənməsi mövzularında elmi əsərlər yaratmışdır. Onun müəllifi olduğu elmi əsərlər, dərs vəsaitləri və praktiki-metodik araşdırmalar Azərbaycanın ali təhsil məktəblərində tədris vəsiti kimi istifadə olunmaqdadır.

1974–2016-cı illər ərzində Tofiq Mirzəyevin Azərbaycan, gürcüstan, Ukrayna və SSRİ mətbuatında 150-dən çov elmi, publisistik, siyasi və iqtisadi sferaya aid məqlələri dərc edilmişdir.

Tofiq Mirzəyevin Azərbaycan dilində əsərləri:
"İdarə sistemində rəhbərin rolu", Bakı, 1977.
"Fəal həyat mövqeyinin formalaşdırılması təcrübə və mənəvi tərbiyənin aktual problemidir", Bakı, 1979.
"Kənd təsərrüfatının ixtisaslaşdırılması, üzümçülüyün və şərabçılğın inkişaf etdirilməsi", Kirovobad, 1979.
"Pul tədavülü sahəsində işlərin təkmilləşdirilməsi yolları", Bakı, 1982.
"Sosial-təminat tədbirləri və bu məqsədlərə ayrılan vəsaitə nəzarətin gücləndirilməsi", Bakı, 1983.
"Ərzaq proqramı və maliyyə orqanlarının vəzifələri", Bakı, 1983.
"Müəsisəslərdə mühasibat uçotu, onun mexanikləşdirilməsi və əmək intizamı", Bakı, 1984.
"Qadın azadlığı və asudə vaxta qayğı sosial iqtisadi inkişafın mənbəyidir", Bakı, 1985.
"Kadr kriteriyasının qiymətləndirilməsində həlledici əsas — onların yeniliyə münasibətləridir, bu işdə aktiv və yaradıcı iştiraklarıdır", Bakı, 1986.
"Yenidənqurma təxirəsalınmazdır, o hər yerdə hamıya aiddir", Bakı, 1986.
"Dövlətin, ictimai və təsərrüfat həyatının hüquqi əsaslarının möhkəmləndirilməsi", Bakı, 1986.
"Zəhmətsiz gəlirlərə qarşı mübarizə tədbirləri və fərdi əmək fəaliyyətinin təşkili vəzifələri", Bakı, 1987.
"İqtisadiyyatı idarədə radikal islahat yenidənqurmanı sürəti üçün əsas açardır", Bakı, 1987.
"Mənzil probleminin həlli taleyüklü vacib məsələdir", Bakı,1987.
İqtisadiyyatın yenidən qurulmasının əsas istiqamətləri barədə", Bakı, 1988.
"İqtisadiyyatın idarə edilməsi", Bakı, "Çaşıoğlu" 2006.
"Maliyyə və kredit", Bakı, 2009.
"Beynəlxalq valyuta kredit və münasibətləri və dünya ticarəti", Bakı, 2006.
"İstehsalatın idarə edilməsi", Bakı, 2009.
"Nazir müavinin qeydləri", Bakı, 2015