Dünya Şəxsi Məlumat Ensiklopediyası

Müzəffərəddin Qızıl Arslan Osman Eldəniz

Müzəffərəddin Qızıl Arslan Osman Eldəniz

Soyadı
Eldəniz
Adı
Müzəffərəddin Qızıl Arslan Osman
Ata adı
Şəmsəddin Eldəniz
Anasının adı
Möminə xatun
Ölüm tarixi
1191
Doğum yeri
Təbriz, Azərbaycan Atabəyləri Dövləti
Milliyəti
qıpçaq
Təbbəliyi
Azərbaycan Atabəyləri DövlətiBöyük Səlcuq imperiyası
İnancı
İslam
Peşəsi
Sultan

Azərbaycan Atabəyləri dövlətinin 1186-1191-ci illərdə III Böyük Atabəyi  və 1170-1186-cı illərdə Səlcuq Sultanlığı ordusunun ali baş komandanı Müzəffərəddin Qızıl Arslan Osman Eldəniz 12-ci əsrin ortalarında Təbriz şəhərində Azərbaycan Atabəyləri dövlətinin mərkəzi sarayında Şəms əl-Din Eldənizin ailəsində dünyaya gəlmişdir.

Müzəffərəddin Qızıl Arslan Osman Eldənizin atası Atabəy Şəms əl-Din Eldəniz, anası isə Möminə xatundur. Milliyətcə Qıpçaq türküdür.

Müzəffərəddin Qızıl Arslan Osman Eldəniz hələ Atabəy Şəms əl-Din Eldənizin sağlığında sarayda xüsusi müəllimlər və alimlərin nəzarətində təhsil almışdır. Gənclik illərində ərəb, fars və türkcə qrammatik danışmaq üçün saray müəllimlərindən dərs almış, döyüş sənəti, silahların işlədilməsi, hərbi strateqiya təlimlərini isə hərbiçilər vasitəsiylə davam etdirmişdir. Atabəy Şəms əl-Din Eldənizin xüsusi əmri ilə Qızıl Arslanın fəlsəfə və fiqh təlimləri alması üçün də sarayda digər şahzadələrlə birlikdə daimi dərslər təşkil olunmuşdur. Bütün şahzadələrə xas olan şərtlər və qaydalara uyğun olaraq saray təhsili almışdır

Atabəy Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan Eldənizin  ölümündən sonra, 1186-cı ildə Azərbaycan Atabəyləri dövlətində hakimiyyətə qardaşı Müzəffərəddin Qızıl Arslan Osman Eldəniz keçdi və Böyük Atabəy oldu. Hakimiyyətinin ilk aylarından başlayaraq Qızıl Arslan Azərbaycan Atabəyləri dövlətində mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə  və sərt mərkəzləşdirmə siyasəti aparmağa başladı. Səlcuq sultanı III Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan faktiki olaraq Azərbaycan Atabəyləri dövlətini müstəqil idarə edirdi, nə Səlcuq Sultanlığına nə də Xəlifə ən-Nasir Lidinillaha tabe olmurdu. 

Səlcuq Sultanı III Toğrul. Atabəy Qızl Arslanın başının feodallarla mübarizəyə qarışmasından istifadə edərək, özünün və onun tərəfinə keçmiş əmirlərin qoşunlarını götürərək, 1187-ci ilin baharında Həmədana hərəkət edir. Şəhərin yaxınlığında onlar Qızıl Arslanın qoşunu ilə üzləşirlər. Gərgin döyüşlər bir neçə gün davam edir. Rəqiblərin birləşmiş qüvvələri qarşısında duruş gətirə bilməyən Qızıl Arslan geri çəkilir və Azərbaycanda gizlənir. Sultanla mübarizə aparmaqdan ötrü atabəy Xəlifəsi ən-Nasir Lidinillahı öz tərəfinə çəkmək istəyir. Sultan üzərində qələbə çalacaqları təqdirdə xəlifəni İraqda onun itirilmiş hakimiyyətini bərpa edəcəyinə inandırır." İraqdakı bütün malikanələr xilafət tərəfdarlarına qaytarılacaq, burada da Bağdadda və digər yerlərdəki kimi xəlifənin mübarək əmrləri yerinə yetiriləcəkdir."

Xəlifə ən-Nasir Lidinillah Atabəy Qəzəl Arslanın təklifini qəbul edərək 1188-ci ildə ordusnu hazırlayaraq, vəziri ilə yola salır. Bu qoşun Həmədan yaxınlığında Qızıl Arslanın qoşunu ilə birləşməliydi. Buna baxmayaraq, Vəzir Cəlaləddin bin Yunus Həmədana gələn kimi, Qızıl Arslanı gözləmədən döyüşə girir. Sultan III Toğrulu qoşununu hücuma özü aparır və axşama doğru Həmədan yaxınlığındakı Day-Mərgdəki qanlı döyüş vəzirin ordusunun tam məğlubiyyəti ilə sona çatır. Vəzir özü isə əsir düşür. Bu hadisədən sonra Atabəy Qızıl Arslan Həmədana doğru irəliləsə də, Sultanın ordusu qarşısında qəti nəticə əldə edə bilməyəcəyini anlayaraq, Kirmanşaha doğru geri çəkildi.

Toğrul vəziri bağışlayır və xəlifə üçün bahalı hədiyyələrlə Bağdada yola salır. Xəlifə isə bununla barışmayaraq, vəzirin boynunu vurdurur, təcili şəkildə ordu toplayaraq, yenidən Həmədana doğru göndərir.

Hadisələrin bu cür gedişatını gözləməyən Sultan III Toğrulu yeni döyüşə girmək üçün hazırlığı olmadığından İsfahana qaçır. Xəlifənin qoşunları Həmədana girir. Qızıl Arslan da təcili şəkildə oraya gəlir. Burada onu xəlifənin adından təntənə ilə qəbul edirlər. Xəlifə öz ordusunu onun sərəncamına verir və Qızıl Arslana onu xəlifənin canişini elan edən rəsmi vəsiqə təqdim olunur. Həmçinin Xəlifə ən-Nasir Lidinillah tərəfindən Atabəy Qızıl Arslana "Məlik Nasiru Əmirul-Muminin" ünvanı da verilir. Akademik Ziya Bünyadovun yazdığı kimi, bu "Qızıl Arslanın faktiki olaraq yeni müstəqil hökmdar kimi tanınması demək idi." Ona xəlifənin göndərdiyi məxsusi və fəxri libaslar geyindirib, Sultanın taxtına əyləşdirirlər. Xəlifənin əyanları onun qarşısında yeri öpürlər. Beləliklə, Qızıl Arslan yeni müstəqil bir dövlətin – Azərbaycan sultanlığının hökmdarı olur. Bundan sonra Qızıl Arslan qoşununu Toğrulun gizləndiyi İsfahana yeridir və şəhəri bir qədər mühasirədə saxlayandan sonra buraya daxil olur. III Toğrulu bu vaxt yanındakı əmirlərə etibar edə bilməmiş və Atabəy Qızıl Arslana qarşı çıxa bilməyəcəyini anlayaraq Azərbaycana getmişdi. Çünki Sultan Toğrul 1189-cu ildə Əmir Həsən Qıpçaq ilə dostluq əlaqələri quraraq onun bacısı ilə evlənmişdi. Həsən Toğrula kömək etmək istəyirdi. Sultan Toğrul da Azərbaycanda Qıpçaqlardan bir ordu meydana gətirərək, Qızıl Arslan ilə savaşmağı düşünürdü.

Hadisələrin gedişini izləyən İnanc xatun taktikasını dəyişir. O, oğlanlarını inandırır ki, Toğruldan ayrılaraq, qaliblə barışsınlar. Özü isə gözəlliyindən istifadə edib, cəsur sərkərdənin könlünə hakim kəsilir və Qızıl Arslan qardaşının dul qadını ilə evlənir. Əlbət ki, bu nigah ona siyasi baxımdan da sərfəli idi.

Qızıl Arslanla təkbətək qalmış Toğrul bir neçə ağır məğlubiyyətdən sonra Bağdada xəlifənin yanına günahını boynuna almağa qaçır. Xəlifə onu qəbul etsə də, Qızıl Arslanın qorxusundan Toğrula hərbi kömək göstərməyə razılıq vermir. Az sonra xəlifə nəzakətlə onu yanında saxlamaq istəmədiyini də bildirir. Toğrul bütün ölkəni gəzərək, özünə müttəfiqlər axtarır. Ancaq artıq onun zamanı keçmişdir. Hamı ondan üz döndərmişdir.

Həmədan yaxınlıqındakı axırıncı döyüşündə isə atabəy Qızıl Arslanın əmirlərindən biri "qılıncı ilə sultanın çadırının dayağını kəsir" və bu da döyüşün taleyini həll etmiş olur. Toğrul əsir düşür. Onu Naxçıvan şəhəri yaxınlığındakı Qıhram qalasında həbsə salırlar. Müəyyən tərəddüdlərdən sonra Qızıl Arslan xəlifənin məsləhəti və xeyir-duası ilə Toğrulun taxtına onun varislərindən kimisə oturtmaqdan imtina edərək, sultanın tacına özü yiyələnir. Onun adından pul kəsilməyə başlayır. Qızıl Arslan öz qüdrətinin zirvəsinə çatır. O, təkbaşına Azərbaycana, Arrana, Həmədana, İsfahana, Reyə hakimlik edir. Bu ərazilərə həmsərhəd olan bir çox vilayətlər və ölkələr də ondan vassal asılılığında idilər. Ancaq Qızıl Arslan əlində cəmləşmiş hakimiyyətin üstünlüklərindən sona qədər faydalana bilmir. O, vaxtının çox hissəsini eyş-işrətlə, əylənməklə keçirir, dövlət işlərinə lazımi qədər diqqət yetirmir.

1190-cı ildə Həmədan yaxınlığındakı döyüşdə Qızıl Arslan III Toğrulu məğlub edib, onun Arran, İraqi-Əcəm, İraqi-Ərərb və Azərbaycandakı mülklərini və iqta torpaqlarını özünün tərəfdarlarına payladı.

Səlcuq Sultanlığı və Azərbaycan Atabəyləri dövləti arasında gedən müharibədən və siyasi qarışıqlıqdan istifadə edən Şirvanşahlar müstəqilliyə səy göstərirdilər. Buna yol verməmək üçün Qızıl Arslan Şirvana hücum edərək Şamaxını tutdu. Şirvanşah I Axsitan Eldənizlər dövlətinin vassallığını yenidən qəbul etməyə məcbur oldu.

Azərbaycan Atabəyləri dövlətində və İraqi-Əcəmdə əmirlərin və iri feodalların narazılığı artmağa başlayır. Sultan III Toğrulun arvadı İnanc xatun bu narazılıqdan istifadə edir. Məsələ burasında idi ki, onun oğlanları Qızıl Arslanın yetirməsi olan qardaşları Əbu Bəkrlə müqayisədə həmişə kölgədə qalırdılar və İnanc xatun da buna görə saraydakı vəzifə bölgüsündə özünü haqqı tapdanmış hiss edirdi. İnanc xatun özünə sadiq olan vəzirləri yanına çağırıb Qızıl Arslanla haqq-hesab çəkmək vaxtının çatdığını onlara bildirir: "Biz sultan Toğrula qarşı çıxmaqda səhv etmişik. İndi heç kim bizim sözümüzə inanmayacaq. Gərək əlahəzrət Qızıl Arslan bizi məhv etməmiş onunla haqq-hesabımızı çəkək. Gərürsünüz ki, o, artıq bizim adamlarımızı bir çox vəzifələrdə öz qulamları ilə dəyişir." Beləliklə, İnanc xatunun təşkil etdiyi sui-qəsd nəticəsində Müzəffərəddin Qızıl Arslan Osman Eldəniz 1191-ci ilin bir payız günü, Təbrizdə öz yatağında yatarkən öldürülür.