Qəmil Əkbərov
Qəmil Əkbərov
Gürcüstanın ictimai xadimi, tanınmış pedaqoq, Gürcüstan-Ukrayna Regionlararası Akademiyasının Fəxri Professoru, 2012-2016-cı illərdə Gürcüstan-Ukrayna Regionlararası Akademiyasının prorektoru Qəmil Əkbər oğlu Əkbərov 1 aprel 1954-cü ildə Gürcüstan SSR, Marneuli rayonu, Təzəkənd kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.
Qəmil Əlbərov 1961-ci ildə Marneuli rayonuTəzəkənd orta məktəbində daxil olmuş və 1971-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir.
1971-ci ildə Bakıda Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsinə qəbul olmuş, 1975-ci ildə fərqlənmə diplomu ilə ali təhsili başa vurmuşdur.
1972-1974-cü illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının“Spartak” Könüllü İdman Cəmiyyətində Sərbəst Güləş idman növü ilə məşgul olmuş və professional hazırlıq keçmişdir
Qəmil Əkbərov 1975-ci ildə Azərbaycan SSR Elm və Tıhsil Nazirliyinin təyinatı ilə, Azərbaycan SSR İsmayıllı rayonunda fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır, 1981-ci ilədək İsmayıllı rayonunun bir çox orta ümumtəhsil məktəblərində fizika fənni üzrə müəllim işləmişdir.
1976-cı ildə İsmayıllı rayonunda “Güləş İdman” Cəmiyyəti yaradaraq gəncləri idmana və sağlamlığa cəlb edərək güləş üzrə həvəskarlar yetişdirmişdir.
1981-ci ildən ailə vəziyyəti ilə əlaqədar olarag Gürcüstana, Marneuli rayonuna qayıdaraq, Gürcüstan SSR Elm və Təhsiil nazirliyinin Marneuli rayon Maarif şövbəsində "Təlimin texniki vasitələri" üzrə metodist, fizika fənni üzrə metodist, və sonra isə Maarif şöbəsinin orta ümumtəhsil məktəbləri üzrə Baş müfəttişi vəzifəsini icra etmişdir. 1990-cı ildə Qəmil Əkbərov öz şəxsi ərizəsi əsasında həmin Marneuli Marraif şəbəsindəki orta ümumtəhsil məktəbləri üzrə Baş müfəttişi vəzifəsindən istefa etmişdir. 1994-cü ildən 1996-cı ilə qədər Azərbaycanda, Bakıda yaşamışdır.
1994-1996-cı illərdə Bakıda Azəbaycan Respublikası Dövlət Qaz Şirkətinin (AZƏRİQAZ) Azərbaycan Qaz Problemləri İnstitutunda (AzəriQazPİ) Elmi Tədqiqat Mərkəzinin şöbə müdüri vəzifəsini tutmuşdur. 1996-cı ildə fəaliyyətinin gürcüstanda davam etdirmişdir.
1997-2005-ci illərdə Gürcüstan Dövlət Agrar Universitetinin Xarici əlaqələr şöbəsinin Baş kordinatoru vəzifəsində çalışıb.
2008-ci ildən Grigol Peradze adına Tbilisi Universitetində Azərbaycan Respublikası üzrə Baş kordinator vəzifəsində işləyib.
2010-cu il "Gürcüstan Poltexnik-Humanitar Tibb inistutunun Azərbaycan Respublikası üzrə Baş kordinatoru vəzifəsini icra etmişdir.
2010-cu ildən "GUMA Merediani+" Gürcüstan-Ukrayna Transregional Akademiyasında Baş kordinator, 2012-ci ildən Prorektor vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi bu vəzifədə işləmişdir.
28 may 2012-ci ildə Gürcüstan-Ukrayna Regionlararası Akademiyasının Elmi Şurasının Ümumi yığıncağının qərarı ilə Qəmil Əkbər oğlu Əkbərov Gürcüstan-Ukrayna Regionlararası Akademiyasının Fəxri Professoru seçilmişdir.
Gürcüstanın ictimai xadimi, müəllim, pedaqoq, Qəmil Əkbər oğlu Əkbərov, 23 yanvar 2016-cı ildə Gürcüstanın Marneuli rayonu Təzəkənd kəndində dünyasını dəyişmişdir.