Pənah Babaşov
Pənah Babaşov
Şair, Hidrometerologiya, meliorasiya və tikinti üzrə mütəxəssis Babaşov Pənah Ziyəddin oğlu 9 dekabr 1965-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonu Faxralı kəndində dünyaya gəlmişdir.
Pənah Babaşov, Faxralı kəndində yaşayan Babaşdı nəslinə mənsubdur. Atası Babaşov Ziyəddin Pənah oğlu, ziyalı olub və Faxralı kənd orta məktəbində işləyib. Pənah Babaşov Borçalıda tanınmış, Təhməzqulu ağanın doğma nəticəsidir.
1995-çi ildə ailə həyatı qurmuşdur. 2 övladı var. Həyat yoldaşı Bakı şəhərində orta məktəbdə müəllimə işləyir. Qızı Bakı Mühəndislik Universitetinin (Qafqaz Universiteti) Dünya İqtisadiyyatı fakültəsini bitirmişdir. Oğlum Azərbaycan Dövlət iqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, Türkiyə Osmangazi Universitetində Maliyyə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.
Pənah Babşov, 1972 ci ildə Bolnisi rayonu Faxralı kənd orta məktəbinin daxil olub, 1982 ci ildə həmin məktəbdə orta təhsilini uğurla başa vurub.
1984-1986-cı illər ərzində SSRİ Silahlı Qüvvələrinin tərkibində, Qazaxıstan SSR-in Balxaş bölgəsində həqiqi hərbi xidmət keçmişdir.
1988 çi ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu qəbul olunub və 1994 cü ildə AİMİ-nu “Hidromeliorasiya” fakultəsini “Mühəndis-meliorator” ixtisası üzrə bitirmişdir.
Babaşov Pənah Ziyəddin oğlu əmək fəaliyyətinə, 1982 çi ildə 1984 cü ilin aprel ayına qədər Gürcüstan SSR-in Bolnisi şəhərində 6 saylı Təmir-Tikintitrestdə fəhlə kimi başlamışdır.
1986-cı ildə Pənah Babaşov Azərbaycanda yaşamağa başlamışdır. 1986-cı ildən 1988-çi ilə qədər Azərbaycan SSR Yerli Sənaye Nazirliy iMingəçevir Toxuculuq Kombinatında texniki işçi işləyib.
1989-1990 cı illərdə Bakı Baş Tikinti İdarəsi 20 saylı "Tamamlamatikinti" Trestində texniki işçi kimi fəaliyyət göstərmişdir. 1991 çi ildən 1993 cü ilə qədər Bakı şəhərində kiçik müəssələrdə və özəl sektorda texniki əməkdaş, tikinti üzrə texnik və təchizatçı vəzifələrində çalışmışdır. 1993 cü ildən 1996 cı ilə kimi "Məhsul" Kiçik Müəssisəsində Direktor müavini vəzifəsini icra etmişdir.
Pənah Babaşov, 1996 cı ildən Azərbaycan Respublikası və Gürcüstan ərazisində sahibkarlıqla, fərdi ticarət və bizneslə fəaliyyəti ilə məşğuldur.
Pənah Babaşov şairlik fəaliyyəti ilə 2015-ci ildən etibarən məşhurlaşmışdır. Hazırda Pənah Ziyəddinoğlu təxxəlüsü ilə, Azərbaycan dilində, əsasən heca vəznində çoxsaylı şeirlər yazmışdır. Onun yazdığı şeirlər sosial şəbəkələrdə və dövri mətbuatda yayımlanmaqdadır.