Dünya Şəxsi Məlumat Ensiklopediyası

Mustafa Kamal Atatürk

Mustafa Kamal Atatürk

Soyadı
Atatürk
Adı
Mustafa Kamal
Ata adı
Əli Rza Əfəndi
Anasının adı
Zübeydə Xanım
Doğum tarixi
1881
Ölüm tarixi
10 noyabr 1938
Doğum yeri
Selanik şəhəri, Selanik vilatəti, Osmanlı İmperiyası
Milliyəti
türk
Vətəndaşlığı
Türkiyə
Təbbəliyi
Osmanlı imperiyası
İnancı
İslam
Peşəsi
Dövlət başçısı

Türkiyə görkəmli hərbi, siyasi və dövlət xadimi, Türkiyə İstiqlaliyyət müharibəsində Türk ordusunun baş komandan, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti (1923-1938), Marşal Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasının Selanik vilayətinin  Selanik şəhərində dünyaya gəlib.

Mustafa Kamal Atatürkün atası Əli Rıza Əfəndi, anası Zübeydə Xanımdır. Ata tərəfdən babası Hafiz Əhməd Əfəndi, XIV-XV-ci Əsrlərdə Konya və Aydından köcüb Makedoniyada məskunlaşan Kocacık Yörüklərindən biridir. Anası Zübeydə Xanım Selanik yaxınlığındakı Lanqaza qəsəbəsində məskunlaşan qədim türk ailəsinin qızıdır. Milis zabiti, dəftərxana məmuru və ağac taciri olan Əli Rıza Əfəndi 1871-ci ildə Zübeydə Xanımla ailə qurmuşdur. Atatürkün beş qardaşından dördü gənc yaşda vəfat etmiş, yalnız Makbule (ata bacısı) 1956-cı ilə qədər yaşamışdır.

Mustafa Kamal Atatürk təhsil yaşına çatanda Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində ilk təhsilə başlayır. Gənc yaşlarında atasını itirdikdən sonra Selanikdəki Şemsi Əfəndi məktəbində ibtidai məktəbdə təhsilini davam etdirir. Daha sonra Selonik Mülki Liseyinə daxil olur. Qısa müddətdən sonra Mustafa Kamal Atatürk 1893-cü ildə Hərbi Liseyə daxil olur. Bu məktəbdə riyaziyyat müəllimi Kapitan Mustafa Səbri onun adına “Kamal” əlavə edir . 1896-1898-ci illərdə Manastır Hərbi Liseyini bitirmiş və 13 mart 1899-cu ildə İstanbulda Osmanlı İmperiyası Baş Qərargahının Hərbi Akademiyasında təhsilə başlamışdır. 1902-ci il fevralın 10-da leytenant rütbəsi ilə məzun olmuşdur. Baş Qərargah Hərbi Akademiyasında üst zabitlər üçün kursu 1905-ci il yanvarın 11-də ı kapitan rütbəsi ilə bitirmişdir.

Mustafa Kamal Atatürk 1905-ci ildə Şamda yerləşən Osmanlı 5-ci Ordusunda hərbi xidmətə başlamış və 1907-ci ildə 3-cü Orduya zabit olaraq xidməti vəzifəyə göndərilmişdir. 20 iyun 1907-ci ildə Böyük kapitan rütbəsi verilmişdir.  19 aprel 1909-cu ildən İstanbula daxil olan Hərəkat Ordusunda Baş Qərargah rəisi vəzifəsində çalışmışdır. 1910-cu ildə Fransaya göndərilərək Pikardiya Birgə Hərbi Manevrlərində iştirak etmişdir.

1911-ci ildə İtaliya Traplusqarda Tripoliyə qoşun yeritdikdən sonra Tobruka ezam edilmişdir. Tobruk və Dərnədəki türk hərbi qüvvələrinin döyüş əməliyyatlarına müvəffəqiyyətlə rəhbərlik etdikdən sonra 1912-1913-cü illərdə mayor rütbəsi ilə Balkan müharibəsinə göndərilmişdir. Mustafa Kamal Atatürk Ədirnəni Bolqarıstan hərbi hissələrindən azad edən  korpusda xidmət etmişdir. 

1913-1915-ci illərdə Sofiyada attaşe olub. Birinci Dünya Müharibəsi zamanı 19-cu Diviziyanın komandiri kimi 1915-ci ildə Çanaqqala döyüşünə qatılıb. 25 aprel 1915-ci ildə Mustafa Kamalın komandanlıq etdiyi 19-cu Diviziya Arıburnuya çıxan düşmən qüvvələri Conkbayırıda dayandı. Bu uğurdan sonra Mustafa Kamala 1 iyun 1915-ci ildə polkovnik rütbəsi verildi. Geliboluda düşmən hücumlarını müvəffəqiyyətlə dayandırdı. O, “Anafartalar Qəhrəmanı” kimi məşhurlaşıb. Mustafa Kamal əsgərlərinə “Mən sizə hücum etməyi deyil, ölməyi əmr edirəm!” dedi. Onun əmri cəbhənin taleyini dəyişdi.

Çanaqqala müharibələrindən sonra 1916-cı ildə Ədirnə və Diyarbakirdə xidmət etmişdir. 1916-cı il aprelin 1-də ona general-mayor rütbəsi verilib. Rusların hücumlarını dayandıran Mustafa Kamal Bingöl və Muşu düşməndən geri alınması əməliyyatına başçılıq etmişdir. Dəməşq və Hələbdəki qısamüddətli işlərindən sonra 1917-ci ildə İstanbula dönmüş və  Vəliəhd Şahzadə Vahdettin ilə Almaniyaya rəsmi səfərə getmiş, Almaniya Baş Qərargahında və Alman döyüş cəbhələrində  müfəttişlik etmişdir. 

1918-ci il sentyabrın 1-də Hələbdəki 7-ci Ordunun komandanı təyin edilmişdir. Bu cəbhədə İngilis qüvvələrinə qarşı uğurlu müdafiə döyüşləri apardı. Mudros barışıq müqaviləsinin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-ci ildə “İldırım” Ordu Qrupunun komandanlığına təyin edildi. Bu ordunun ləğvidən sonra 1918-ci il noyabrın 13-də İstanbula gələrək Osmanlı İmperiyası Hərbi Nazirliyində xidməti vəzifəyə başlamışdır. 

19 may 1919-cu ildə Qara dəniz yolu ilə Samsuna gedən Mustafa Kamal 22 iyun 1919-cu ildə Amasya müraciətini nəşr etdirdi. O, Türk millətinə “Vətənin bütövlüyü və millətin istiqlaliyyətinin təhlükə altında olduğunu, əzm və qətiyyətlə vətəni xilas etmək üçün Sivasda qurultay çağırılacağını” bildirdi. Bundan əlavə, Osmanlı hökumətinin verdiyi vəzifə və hərbi xidmətdən istefa verdi və 23 iyul 1919-cu ildə Ərzurumda və 4 sentyabr 1919-cu ildə Sivasda keçirilən Konqreslərə sədrlik etdi.

Bu Kongreslərdə “millət vətəni düşmən istilasına qarşı müdafiə edəcək, bu məqsədlə müvəqqəti hökumət qurulacaq, milli məclis çağırılacaq, mandat və himayə qəbul edilməyəcək” qərarları qəbul edilərək elan edilib. Onun səyləri ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) 23 aprel 1920-ci ildə Ankarada tarixi missiyasına başladı; Mustafa Kamal Türkiyə Böyük Millət Məcsinin və Hökumətin sədri seçildi. Türkiyə Böyük Millət Məclisinin açılışı ilə Türkiyə Cümhuriyyətinin qurulması istiqamətində mühüm addım atıldı. O, türk millətinin Osmanlı hökuməti ilə Antanta dövlətləri arasında imzalanan Sevr müqaviləsini qəbul etmədiyini dünyaya bəyan etdi. Türkiyə Böyük Millət Məclisi İstiqlal Müharibəsinin uğurla başa çatması üçün lazım olan qanunları qəbul edib həyata keçirməyə başladı.

Müttəfiq dövlətlərin köməyi ilə  İzmiri işğal edən Yunan Ordusunun hucumları Birinci və İkinci İnönü döyüşləri nəticəsində dayandırıldı.  Yunan Ordusu məğlub oldu və Baş Komandan Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türk Ordusu Sakarya döyüşündə böyük zəfər qazandı . 22 gün və gecə davam edən bu müharibədə Yunan Ordusu ağır itkilər verərərk taktiki üstünlüyü itirdi. Bu qələbəyə görə Mustafa Kamala Türkiyə Böyük Millət Məclisi tərəfindən “marşal” rütbəsi və “qazi” fəxri adı verildi. Türk Ordusu vətəni düşmən işğalından xilas etmək üçün 1922-ci il avqustun 26-da geniş əks hücuma keçdi. Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Baş Komandan Döyüşündə (30 avqust 1922) Türk Ordusu Yunan Ordusunun böyük hissəsini darmadağın etdi. Məğlub olan və qaçan düşmən qüvvələrinin ardınca Türkiyə Ordusu 9 sentyabr 1922-ci ildə İzmirə daxil oldu. 1922-ci il oktyabrın 11-də Mudanya atəşkəs müqaviləsi imzalandı və Müttəfiq dövlətlər işğal etdikləri türk torpaqlarından çəkildilər.

Mustafa Kamal Atatürk 29 oktyabr 1923-cü ildə Türkiyə Respublikasının ilk Prezidenti seçildi və ömrünün sonuna qədər bu ali vəzifəni icra etdi

Türkiyə Böyük Millət Məclisi tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmiş və bu soyadın başqaları tərəfindən istifadəsi qadağan edilmişdir.

Atatürk tez-tez Türkiyənin müxtəlif bölgələrinə səfərə çıxır və dövlət siyasətinin yerlərdə icrasına nəzarət edirdi. Uğursuz tərəflərlə bağlı narahat olanlara göstərişlər verdi. Burada Türkiyəyə prezident qismində səfər edən xarici ölkələrin dövlət başçıları, baş nazirləri, nazirləri və komandirləri iştirak edirdi.

Mustafa Kamal Atatürk 1929-cu il Dünya İqtisadi Depressiyasının təsirlərini yumşaltmaq və ölkənin inkişafını sürətləndirmək məqsədi ilə 1933-cü ildə Beşillik Sənaye Planının təşəbbüskarı oldu. Eyni dövrdə xarici siyasətdə mühüm addımlar atıldı; Millətlər Cəmiyyətinə qoşulma (1932), Balkan Antantasının imzalanması (1934), Montrö Boğazlar Konvensiyası (1936) və Sədabat Paktı (1937) kimi təşəbbüslər Türkiyənin regionda və dünyada nüfuzlu bir aktor kimi tanınmasına töhfə verdi. Atatürk Hatayın vətənə qoşulması üçün sıx diplomatik səy göstərmiş və bu məqsədi 1939-cu ildə ölümündən sonra reallaşmışdır.

Atatürk Türk Millətinin Qurtuluş Savaşına müvəffəqiyyətlə rəhbərlik edən bir sərkərdə olmaqla yanaşı, inqilabları ilə də dahi bir dövlət xadimi idi. O, 57 illik ömrünün böyük bir hissəsində millətinin, vətəninin istiqlaliyyəti, səadəti yolunda yorulmadan çalışıb, girdiyi hər bir mübarizədən qalibiyyətlə çıxıb.

O, şəxsi həyatında sadəlik içində yaşayırdı. 29 yanvar 1923-cü ildə Lətifə xanımla evləndi. Bu evlilik 5 avqust 1925-ci ilə qədər davam etdi.

Türkiyə Respublikasının qurucusu, Türkiyənin ilk Prezidenti və Baş naziri, Türkiyə Böyük Millət Məclisinin Sədri, Marşal Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabaxça sarayında vəfat etdi.

Atatürkün cənazəsi 21 noyabr 1938-ci ildə mərasimlə Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Anıtkabir tikildikdən sonra onun cənazəsi 1953-cü il noyabrın 10-da möhtəşəm mərasimlə son mənzilində dəfn edilib.

 

Mustafa Kamal Atatürkün Əsərləri:

Atatürkün 1916-cı ildə 16-cı hissə komandiri olduğu vaxtlarda yazdığı "Hərbi təlim və tərbiyə haqqında nöqteyi nəzərlər" əsəri

"Komandanın müharibə təlimi" — Saloniki mətbəəsi, Saloniki, 1908 (Alman dilindən tərcümə).

"Cüməli ordugahı — Süvari: Hərbi hissə, diviziya, təlim və həmlələr" — Saloniki, 1909.

"Ordu toplanması və tətbiqat səyahəti" — Saloniki Hərbi mətbəəsi, 1911.

"Hərbi hissənin müharibə təlimi" — 1912 (Alman dilindən tərcümə).

"Ordu toplanması məsələsinin həlli və əmrlərin qəbul edilməsinə dair nəsihət" — Ədirnə Sənaye Məktəbi mtəbəəsi, 1916.

"Hərbi təlim və tərbiyə haqqında nöqteyi nəzərlər" — Ədirnə Sənaye Məktəbi mtəbəəsi, 1916.

"Zabit və komandir ilə danışıq" — Minbər mətbəəsi, 1918.

"Nitq" — Türk Təyyarə Cəmiyyəti, Ankara, 1927.

"Mədəni məlumatlar" — Milliyət mətbəəsi, İstanbul, 1930.

"Həndəsə" — 1937.