Dünya Şəxsi Məlumat Ensiklopediyası

Məmid Musayev

Məmid Musayev

Soyadı
Musayev (Gülməmmədov)
Adı
Məmid
Ata adı
Gülməmmədli Musa Alməmməd oğlu
Anasının adı
Gülməmmədli Reyyzə İsa qızı.
Doğum tarixi
10 may 1897
Ölüm tarixi
27 sentyabr 1973
Doğum yeri
Qaçağan kəndi, Borçalı qəzası, Tiflis quberniyası, Rus İmperiyası
Milliyəti
qarapapaq türkü
Vətəndaşlığı
SSRİ
Təbbəliyi
Rusiya imperiyasıZSFSR
İnancı
İslam
Peşəsi
İctimai xadim

Gürücstan SSR-in ictimai-siyasi xadimi, Gürcüstan SSR Fövqalədə Komisiyyasının, daha sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığı Baş Siyasi İdarəsinin Borçalı qəzasında Banditizmlə və İqtisadi Sabotajla Mübarizə üzrə Müvəkkili, 1921-1922-ci illərdə Gürcüstan SSR İnqilab Komitəsinin Borçalı qəzası üzrə Müvəkkili,  1937-1947-ci illərdə İosif Stalin rejiminin siyasi dissidenti, Məmid Musa oğlu Musayev (Gülməmmədli) 10 may 1897-ci ildə Tiflis quberniyası Borçalı qəzasının Qaçağan kəndində dünyaya gəlmişdir.

Məmid Musayev Borçalının Qıpçaq kökənli qədim nəsillərindən biri olan Gülməmmədli nəslinin nümayəndəsdir. Gülməmmədli nəslinin əcadaları 1118-ci ildə Qıpçaq xanı Artık xanın ordusunun tərkibində həmin zamanlar Türkoba adlanın bölgəyə gəlmişlər və indiki Qaçağan kəndi ərazisində yurd salmışlar. Məmid Musayev 1929-cu ilə qədər Gülməmmədov soyadı daşımışdır. Məmid Musayev iki dəfə ailə qurmuşdur. Hər iki nikahdan 6 övladı olmuşdur. İlk nigahı Qaçağan kənd sakini Mələk Həsənova ilə ailə qurmuş və bu evlilikdən Roza Məmid qızı Musayeva dünyaya gəlmişdir. Roza Əmircanova (Musayeva) Dünyamalı Əmircanova ərə getmiş və onların 3 övladı: Roman Əmircanov, Məhəmməd Əmircanov və qızları dünayay gəlmişdir. 1948-ci ildə ildə Gülməmmədova Zafda Həmid qızı ilə ailə quran Məmid Musayevin ikinçi nikahdan 5 övladı: Müseyib Məmid oğlu Musayev, İnsaf Məmid oğlu Musayev, Nailə Məmid qızı Musayeva, Tamilla Məmid qızı Musayeva və Rəhim Məmid oğlu Musayev dünyaya gəlmişdir.

1910-1914-cüillərdə Qaçağan kəndində fəaliyyət göstərən dini məktəbdə təhsil almış.
1918-1920-ci illərdə is Mirzə Həsən Mollayevin açdığı Qaçağan məktəbində oxumuşdur.
1925-ci ildə Gürcüstan SSR Xalq daxili İşlər Komissarlığı Baş Siyasi İdarəsi nəzdində hərbi-siyasi hazırlıq kursu keçmişdir.
1928-ci ildə Gürcüstan KP Mərkəzi Komitəsinin təşkil etdiyi "Kommunizm quruçuluğu" kursunu bitirmişdir.
1936-çı ildə Zaqafqaziya Kənd Təssərüfatı Akademiyasını bitirmişdir.

Məmid Musayevin erkən gəncliyi Birinci dünya müharibəsinin başlanması və Oktyabr inqilabının baş verməsi dövrünə təsadüf etmişdir. 1916-cı ildə Məmid Musayev Həsən Səbri Ayvazovun təşkil etdiyi dərnəkdə iştirak edir və onun dünya görüşünün formalaşmasında Həsən Səbrinin ciddi təsiri olur.

1917-ci ildə Tiflisdə Mir Həsən Mövsümov ilə tanış olan M.Musayev, onun rəyi ilə “Hümmət” Sosial-Demokrat Müsəlman Təşkilatına daxil olur və bu təşkilatın Borçalı qəzasında faktiki gizli nümayəndəsi funksyasını yerinə yetirməyə başlayır. 1921-ci ildə Tiflisdə Rusiya Kommunist (bolşeviklər) Partiyasına üzv qəbul edilmişdir. 

16 fevral 1921-ci ildə Məmid Musayev Borçalı qəzasının Şulaver kəndində Gürcüstan SSR İnqilab Komitəsinin ilk iclasında iştirak etmiş azsaylı inqilabçılardan biridir. Hakimiyyəti həmin vaxt ələ alan Gürcüstan SSR İnqilab Komitəsi bölgələrdə yerli inqilab komitələri formalaşdırmağa başladı və M.Musayev bu işi Qaçağan kəndində həyata keçirdi. Həmin zaman Gürcüstanda sovet hakimiyyəti yalnız Borçalı və Axılkələk qəzalarında qurulmuşdur.

16 fevral 1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulanda M.Musayev ilk dəfə olaraq Borçalıda ilk İnqilab Komitələrindən biri olan Qaçağan İnqilab Komitəsini yaratmış və ona rəhbərlik etmişdir.

16 fevral 1921-ci ildə Gürcüstan SSR İnqilab Komitəsinin Borçalı qəzası üzrə Müvəkkili təyin edilən M.Musayev 1921-1922-ci illərdə Borçalı bölgəsində sovet hakimiyyətinin qurulmasını təmin etdi.

15 may 1922-ci ildə M.Musayev bölgədə banditizmlə mübarizə aparmaq üçün Gürcüstan SSR Fövqaladə Komisiyyasına işə dəvət edildi və Gürcüstan SSR FK Borçalı qəzası üzrə İdarəsində Banditizmlə Mübarizə şöbəsində işlədi.

15 may 1922-ci ildə Zaqafqazuya Sovet Federativ Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığı Baş Siyasi İdarəsinin Borçalı Qəzası üzrə Müvəkkili təyin edildi. O, bu vəzifədə 1932-ci ilə qədər işlədi.

1931-ci ildə Məmid Musayev ZSFSR Xalq Komissarları Sovetinin Sədri təyin edilən Qəzənfər Musabəyovla yaxın dostluq etməyə başlayır. Onlar arsında yaranan ailəvi dostluq sonradan siyasi bağa çevrilir. ZSFSR XKS Sədri Q.Musabəyov Borçalıya gələndə Məmid Musayevin Qaçaəan kəndindəki evində qonaq qalırdı. Qəzənfər Musabəyov SSRİ Mərkəzi İcrayyə Komitəsi Rəyasət Heyətinin Həmsədri seçildikdən sonra da Məmid Musayev ilə dostluq münasibətlərini davam etdirmiş və 1927-ci ildə artıq SSRİ Dövlət başçısı (SSRİ MİK Rəyasət Heyətinin Sədri) olsa da, Qaçağan kəndinə qonaq gəlmiş, M.Musayevin evində iki gün qalmışıdır.

1931-ci ildə Məmid Musayev Gürcüstan K(b)P Mərkəzi Komitəsi üzvlüyünə namizəd seçilir. 1931-ci ildə M.Musayev ZSFSR XDİK sitemindən çıxaraq sovet idarəetmə sistemində işləməyə başladı. 1931-1932-ci illərdə o Qaçağan "Sosializm" Kommunal Təsərüffatının Sədri vəzivəsində çalışmışdır.

1932-1934-cü illərdə Borçalı qəzası Təkəli Kənd Soveti İcrayyə Komitəsinin Sədri vəzifəsini tutur. 1934-1936-cı illərdə Qaçağan Kənd Soveti İcrayyə Komitəsinin Sədri işləmişdir.

1934-cü ildə Gürcüstan K(b)P Mərkəzi Komitəsinin göndərişi ilə Zaqafqaziya Kənd Təssərüfatı Akademiyasında təhsil almağa göndərilən Məmid Musayev Borçalı qəzası Kürdlər Kənd Soveti İcrayyə Komitəsinin Sədri təyin edilir və 1937-ci ilə qədər bu vəzifədə çalışır.

1932-ci ildə Gürcüstan K(b)P MK -nın respublika müşavirəsində Məmid Musayevin banditizmlə mübaizə barədə mərzusəini dinlədikdən sonra, Zaqafqaziya K(b)P Vilayət Komitəsinin Birinci katibi Lavrenti Beriya öz mauzerini belində açaraq Məmid Musayevə hədiyyə etmişdir.

1937-ci ilin sentyabrnda Məmid Musayev Gürcüstan SSR XDİK tərəfindən həbs edilir və ona Qəzəfər Musabəyovun "Əksinqilabçı, terrorçu və casusluq təşkilatında" iştirakda ittiham edilir. Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü Şöbəsinin tərtib etdiyi ittiham aktında M.Musayevə Q.Musabəyova gizli dəstək verməkdə günahlandırılırdı.

Məmid Musayevin həbs edilməsinin əsas səbəbi onun SSRİ MİK Rəyasət Heyətinin Sədri Qəzənfər Musabəyovla yaxından dost oması idi. 1937-ci ildə Qəzənfər Musabəyov həbs edildikdən sonra önun dostlarının, silahdaşlarının bir çoxu, həmçinin bacısı Azərbaycan SSR Xalq Ədliyyə Komissarı Ayna Sultanova, yeznəsi Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı Həmid Sultanov da həbs edilərək güllələnmə cəzasına məhkum edildilər.

1938-ci ilin yanavarında Gürcüstan XDİK Xüsusi Üçülüyü Məmid Musayevi 10 il həbs cəzasına məhkum etdi və o cəzasını çəkmək üçün RSFSR Sverdlovsk vilayətinədə yerləşən cəzaçəkmə müəssisəsinə göndərildi. Həbs zamanı M.Musayev ciddi təhdidə, əzab əziyyətət düçar olsa da, heç zaman sınmadı və mövqeyini dəyişmədi.

1941-ci ildə SSRİ ilə Almaniya arsında müharibənin başlaması Məmid Musayevi də narhat edirdi və o SSRİ Müdafiə Nazirliyinə yazılı müraciət edərək, keçmiş əks-kəşfiyyat orqanlarının əkməkdaşı kimi cəbhə bölgəsinə göndərilməyi xahiş etdi. Lakin onun xahişi nəzərə alınmadı.

1947-ci ildə cəzasını tam çəkən Məmid Musayev doğma Qaçağan kəndinə döndü və Qaçağanda kənd təəsərüffatı sahəsində adi işlərdə çalışdı.

1956-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Məmid Musayevin cinayət işinə baxaraq, ittihamın sübut olunmadığını, faktların olmamasını və siyasi sifarişlə cəza verildiyini əsas götürərək ona bərat verdi. 1957-ci ildə Məmid Musayev SovİKP sıralarına bərpa edildi.

27 sentyabr 1973-cü ildə dünyadan köçmüş və 28 sentyabr 1973-cü il tarixdə Qaçağan kənd məzarlığında dəfn edilmişdir.