Dünya Şəxsi Məlumat Ensiklopediyası

Mahir Məmmədov

Mahir Məmmədov

Soyadı
Məmmədov
Adı
Mahir
Ata adı
Ələsgər
Doğum tarixi
20 avqust 1962
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
Azərbaycan
İnancı
İslam
Peşəsi
Dövlət qulluqçusu

Məmmədov Mahir Ələsgər oğlu 20 avqust 1962-ci ildə Azərbaycan SSR-in Bakı şəhərində dünyaya göz açmışdır. 

Mahir Məmmədov Bakı şəhərində orta təhsilini başa vurduqdan sonra 1979-1984-cü illərdə ali təhsilini Azərbaycan Dövlət İnşaat-Mühəndislər İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsində “İnşaat mühəndisi” ixtisası ilə bitirmişdir. 1

1991-1993-cü illərdə Azərbaycan Hidravlik Mühəndislik və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Aspiranturasında “Yığma dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi işi” üzrə elmi-profil təhsili almışdır.

 

Mahir Məmmədov 1984-cü il avqust-oktyabr aylarında Azərbaycan SSR Neft Sənayesi Birliyi “Əzizbəyovneft” Neft-qaz çıxartma idarəsində 5-ci dərəcəli montajçı, 1986 – 1991-ci illərdə "Dəmir-beton ETİ” Zavodu - Dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi laboratoriyasında mühəndis – baş elmi işçi, 1991 – 1992-ci illərdə “Artma” İstehsalat Şirkətində baş mühəndis, 1992-ci ilin aprel –sentyabr aylarında “Tikinti Progress” İstehsalat Şirkətində baş mütəxəssis, 1992– 1995-ci illərdə “Sana” Kiçik Müəssisəsinin İstehsalat üzrə direktor müavini, 1995 – 1996-cı illərdə “Gruzneftprodukt” Gürcüstan Dövlət Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 1996 – 2002-ci illərdə “Anglo Oil Corporation” LTD-nin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 2002 – 2006-cı illərdə “M Building” MMC-nin Direktoru vəzifələrində çalışmışdır. 2006-cı ilin avqust ayından “SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru, noyabr ayından isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan Nümayəndəliyinin Rəhbəri təyin edilmişdir.

3 oktyabr 2018-ci ildə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin edilmişdir.

26 noyabr 2021-ci ildə Azərbaycan Şahmat Federasiyasının Prezidenti seçilmişdir.