Dünya Şəxsi Məlumat Ensiklopediyası

Məhəmməd Qocayev

Məhəmməd Qocayev

Soyadı
Qocayev
Adı
Məhəmməd Qocayev
Ata adı
Qəmbər Qocayev
Anasının adı
Xeyransa Alı qızı
Doğum tarixi
1912
Ölüm tarixi
27 noyabr 1972
Doğum yeri
Qaçağan kəndi, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Milliyəti
qarapapaq türkü
Vətəndaşlığı
SSRİ
Təbbəliyi
Rusiya imperiyasıZSFSR
İnancı
İslam
Peşəsi
İctimai-siyasi xadim

Gürcüstan SSR siyasi və partiya xadimi, 1950–1951-ci illərdə Gürcüstan SSR Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri, 1951-1960-cı illərdə Gürcüstan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü və  SSRİ Sosialist Əməyi Qəhrəmanı Məhəmməd Qəmbər oğlu Qocayev 1912-ci ildə Rusiya İmperiyası, Tiflis quberniyasının. Borçalı qəzasının Qaçağan kəndində dünyaya göz açıb.

Məhəmməd Qocayev 1927-ci ildə Borçalı qəzası Kəndli Gənclər Məktəbini bitirmişdir.

1933-cü ildə ZSFSRZ Xalq Komissarları Soveti nəzdində Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə daxil olur və həmin ali təhsil ocağını 1935-ci ildə uğurla başa vurur.

1951-54-cü illərdə Gürcüstan Kommunist Partiyası  MK nəzdində 3 illik Ali Partiya Məktəbində təhsil almışdır. 

Məhəmməd Qəmbər oğlu Qocayevin uşaqlığı və erkən gəncliyi Tiflis quberniyasının Borçalı qəzasının Qaçağan kəndində keçmişdir. 1917-ci ildə atasını itirən 5 yaşlı Məhəmməd Qocayev, anası Xeyransa Alı qızının himayəsində qalmış və tərbiyə olunmuşdur. 1927-ci ildə Məhəmməd Qocayev komsomol sıralarina qəbul olunur,1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Gürcüstan KP Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat almışdır.

Məhəmməd Qocayev 1936-cı ildə Borçalı qəzasının Qaçağan-Qasımlı inzibati ərazi bölgüsünü əhatə edən "Gündoğan" kolxozu İdarə Heyətinin sədri seçilir. 1938-ci ildə Gürcüstan SSR Kənd Təsərüffatı Xalq Komissarlığının Borçalı rayonu üzrə Tədarük İdarəsinə direktor təyin edilir və eyni zamanda Borçalı rayon İstehlak İdarəsinin sədri seçilir. 

1939-cu ildə Borçalı Rayonunun Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilir. 1940–1945-ci illərdə əvvəl Sarvan, sonra Şulaver Maşın-Traktor stansiyalarının direktoru olmuşdur. 1946-cı ildə "Sosializm"kolxozunun İH sədri seçilir. "Sosializm"kolxozununİH sədri Məhəmməd Qocayev kənd təsərrüfatı məhsullarının, xüsusilə tütüncülüyün inkişafında göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlıq hünərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 3may 1949-cu il tarixli Fərmanı ilə Lenin ordeni və "Oraq-Çəkic Qızıl Ulduz" medalı təqdim edilməklə SSRİ Sosialist Əməyi Qəhramanı adına layiq görülür.

1949-51-ci illərdə Gürcüstan SSR Marneuli rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, 1949-cu ildə Marneuli adlandırılan Borçalı rayonun inkişafı uğrunda hərtərəfli qabiliyyət nümayiş etdirir. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 1951-ci ildə ikinci dəfə Lenin ordeni ilə təltif olunur. 

1951-ci ildən 1960-cı ilə qədər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü vəzifəsini tutmuşdur.

1954-cü ildə Marneuli yağ-süd zavoduna direktor təyin edilir. 1957-ci ildə "Qırmızı Körpü" maşın-traktor stansiyasının direktoru vəzifəsinə keçirilir. 1963-cü ilə qədər həmin vəzifədə çalışan Məhəmməd Qocayev kənd təsərrüfatı texnikasının təmiri və bərpası sahəsində yüksək təşkilatçılıq, işgüzarlıq nümayış etdirir. 

1963-cü ildə Məhəmməd Qocayev regionun 5 bölgəsinə(Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Çalka) xidmət göstərən Taxıl Məhsulu Tədarükü kombinatına baş direktor göndərilir. 1966-cı ildə Məhəmməd Qocayev "Şərəf nişanı" ordeni ilə təltif olunur. 1969-cu ildə Alget tərəvəzçilik-südçülük sovxozuna direktor vəzifəsinə təyin edilir. 1970–72-ci illərdə Məhəmməd Qocayev Marneuli Baş Pendir-Yağ-Süd zavodunun direktoru vəzifəsində çalışır.

Məhəmməd Qocayev 27 noyabr 1972-ci ildə Gürücstan SSR-in Marneuli şəhərində vəfat etmiş və Marneuli rayonu Qaçağan kənd məzarlığında dəfn edilmişdir.