Dünya Şəxsi Məlumat Ensiklopediyası

Aşıq Kamandar

Aşıq Kamandar

Soyadı
Əfəndiyev
Adı
Kamandar
Ata adı
Həmid
Doğum tarixi
21 oktyabr 1932
Ölüm tarixi
26 oktyabr 2000
Doğum yeri
Kəpənəkçi kəndi, Borçalı qəzası, Gürcustan SSR
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
GürcüstanSSRİ
İnancı
İslam
Peşəsi
Aşıq

Müasir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Borçalı aşıq məktəbinin taninmış simalarından biri, Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstan SSR Borçalı qəzasının Kəpənəkçi kəndində anadan olmuşdur. Kosalı natamam orta məktəbini bitirdikdən sonra Kəpənəkçi kolxozun da traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.

Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır. 15 yaşından etibarən Kamandar Əfəndiyev Gürcustanın və Azərbaycanın bütün musiqi və folklor tipli mədəni tədbirlərində iştirak etmişdir. Aşıq Kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində Birçalı aşıq məktəbinin tanıdılmasında böyük rol oynamışdır.

O, 1963, 1984-cü illərdə Azərbaycanda keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, 1984-cü ildə Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Aşıq Kamandar 1959-cu ildə Moskvada, SSRİ Mədəniyyət Nazirliyi və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təşkilatcılıği ilə keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur.

O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi xüsusi mukafatın laureatı olmuşdur.

Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.

Onun ifasında 34 dastan audo, video kasetlərə yazılmış və sənətsevərlərə çatdırılmışdır.

Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu audio yazıları saxlanılır.

Aşıq Kamandarın anadan olmasının 60 və 65 illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökumət səviyyəsində qeyd olunmuşdur. Gürcüstan Prezidenti E.Şevardnadzenin fərmanı ilə anadan olmasının 65 illiyi münasibəti ilə 2000-ci ildə ona "Şərəf"ordeni verilmişdir.

30 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gürcüstandaki Səfirliyinin təşsəbüsü ilə ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Kamandar Əfəndiyev sənətinin azmanı 2000-ci il oktyabrın 25-da uzun sürən xəstəlikdən sonra Gürcüstanın Marneuli rayonu Kəpənəkçi kəndində vəfat etmişdir.

Asıq Kamandarın adın medal təsis edilmişdir.

 

Aşıq Kamandar universal el sənətkarı və şairi kimi tanınırdi, 1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı tərəfindən onun ilk "Borçalı laylası" adlı şeirlər kitabı işıq üzü gördü.

Aşıq-el sənətinə bütün varlığı ilə bağlı olan, Azərbaycan xalqının XX əsrdə yetirdiyi filosoflardan biri – əslən Borçalıdan olan tanınmış alim C.Mustafayev bu kitaba yazdığı ön sözdə qeyd edir: "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir. "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir". Bu, dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu şeirlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.

Mərd olan düşər zəhmətə, Namərd yetişməz ziynətə, Çörək itirən müxənnətə, Haqq özü "qənim" olaydı!

Şair Kamandarın şeirlərinin dadlı və duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir.

El-oba ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.

Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında Azərbaycanın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq yaradıcılığı tərənnüm olunub:

  1. Borçalı laylası"
  2. "Bənövşə"
  3. "Mən ellər aşığı xan Kamandaram"
  4. "Kamandar dünyası"
  5. Xan Kamandar. Bakı, "Elm və təhsil", 2012. 392 səh.