Dünya Şəxsi Məlumat Ensiklopediyası

İmran Məmmədov

İmran Məmmədov

Soyadı
Məmmədov
Adı
İmran
Ata adı
İsmayıl
Doğum tarixi
20 noyabr 1927
Doğum yeri
Qaçağan kəndi, Borçalı qəzası, Gürcüstan SSR
Milliyəti
qarapapaq türkü
Vətəndaşlığı
SSRİ
Təbbəliyi
ZSFSR
İnancı
İslam
Peşəsi
Qəhrəman

SSRİ Sosialist Əməyi Qəhrəmanı, Gürcüstan SSR ictimai xadimi. Yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis, SSRi-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı İmran İsmayıl oğlu Məmmədov 20 yanvar 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzasının Qaçağan kəndində doğulub.

İmran Məmmədov 1934-cü ildə Gürcüstan SSRBorçalı rayonu Qaçağan orta məktəbinə daxil olmuş və 1939-cuildə həmin məktəbi beşillik orta təhsillə başa vurmuşdur.

1940-cı ildə Azərbaycan SSR Kənd Təsərüfatı Nazirliyinin Mir-Bəşir Dövlət Seleksiya stansiyası nəzdində təşkil edilmiş təcrübə kursunu bitirmişdir.

1941-ci ildə SSRİ Elmələr Akademiyasının Gürcüstan flialı Batumi Elmi Tədqiqat İnstitutunda “Tütün becərilməsi və aqrotexniki qaydaların təkmilləşdirilməsi” təcrübə kursunu keçmişdir.

 İmran Məmmədov 1939-cu ildə, 12 yaşında Gürcüstan SSR-in Borçalı rayonu Qaçağan "Kommunizm" Kollektiv Təsərüffatında işə başlamış, onun rəhbərliyi ilə "Yeniyetmə" əmək briqadası təşkil olunmuşdur. Briqadanın əsas vəzifəsi Gürcüstan SSR Xalq Komissarları Sovetinin qərarına əsasən Borçalı rayonunda yeni "Trabzon" tütün növünün iqlimə və aqrotexniki şəraitə uyğunlaşdırılması və kütləvi şəkildə becərilərək, yüksək məhsuldarlığa nail olunması idi.

10 il ərzində bu “Trabzon” tütün növünün yerli iqlimə uyğunlaşdırılması istiqamət üzrə ixtisaslaşan və geniş təcrübə qazanan İmran Məmmədov nəhayət ki, 1948-ci ildə "Trabzon" tütün növünün Gürcüstan SSR-də iqlimə və aqrotexniki şəraitə uyğunlaşdırmasına nail oldu.

1945-ci ildə İmran Məmmədov “Trabzon” tütün növündən yüksək məhsul becərdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əmək igidliyinə görə" medalı ilə təltif edildi. 1945–1947-ci illərdə İ. Məmmdəovun təcrübəsi Azərbaycan SSR və Özbəkistan SSR-də tətbiq edilməyə başladı.

1948-ci ildə İ.Məmmdov yüksək məhsul əldə etdiyinə görə Gürcüstan SSR Nazirlər Soveti tərəfindən təşəkkürnamə ilə təltif edildi və SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırıldı

3 mart 1949-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qaçağan "Kommunizm" Kolxozunun birqada üzvü İmran Məmmədova Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi və o, qızıl "Oraq və Çəkic" medalı ilə təltif edildi.

1949-cu ildə təqaüdə çıxana qədər İmran Məmmədov fəaliyyətini Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüffatında davam etdirmiş və bitkiçlik sahəsində yüksək məhsuldarlığın təcrübi əldə edilməsi metodlarını yeniləşdirmişdir.