Dünya Şəxsi Məlumat Ensiklopediyası

Həsən Seyidov

Həsən Seyidov

Soyadı
Seyidov
Adı
Həsən
Ata adı
Neymət
Doğum tarixi
16 avqust 1932
Ölüm tarixi
8 dekabr 2004
Doğum yeri
Qaçağan kəndi, Borçalı rayonu, Gürcüstan SSR, ZSFSR
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
AzərbaycanSSRİ
Təbbəliyi
ZSFSR
İnancı
İslam
Peşəsi
Baş nazir

Azərbaycan Respublikası və Azərbaycan SSR-in dövlət və siyasi xadimi, 1981-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Sədri ), 1982-1989-cu illərdə SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın katibi və SSRİ Ali Sovetinin deputatı, Həsən Heymət oğlu Seyidov 16 avqust 1932-ci ildə Gürcüstan SSR-in Borçalı rayonunun. Qaçağan kəndində dünyaya gəlmişdir.

Həsən Seyidov 1939-cu ildə Gürcüstan SSR-in Borçalı rayonu Qaçağan kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1946-cı ildə Ermənistan SSR Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu orta məktəbini bitirmişdir. Həmin ildə Bakıya gələrək Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir.

Həsən Seyidovun karyerası 1952-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının komsomol komitəsinin katibi vəzifəsi ilə başlamışdır. O ali təhsilini başa vuranadək, 1956-cı ilə qədər komsol komitəsinin katibi vəzifəsini icra etmişdir.

Həsən Seyidov əmək fəaliyyətinə 1956-cı ildə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin Leytenant Şmidt adına zavodunda usta köməkçisi vəzifəsində başlamış, 9 il ərzində mühəndis və baş mühəndisin müavini vəzifələrində çalışmış, 1965-ci ildə isə  SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin Leytenant Şmidt adına zavoda director vəzifəsinə təyin olunmuşdur. 

 1971-ci ilin fevral ayında Həsən Seyidov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1971–1981-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1971–1989-cu illərdə MK-nın Büro üzvü, 1971–1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü və 1971–1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Həsən Seyidov 22 yanvar 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri vəzifəsinə təyin edilmişdir. 1982-ciildə isə vəzifəsinə görə SSRi Nazirlər Soveti Rəyasət Heyətinin üzvlüyünə seçilmişdir

1981–1989-cu illərdə Həsən Seyidov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində çalışmışdır. Bu müddətdə o Sov. İKP MK-nın XXVI və XXVII qurultaylarına nümayəndə , Sov. İKP MK-nın üzvlüyünə namizəd, həmçinin X və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 

1989-cu ilin aprel ayında fəxri təqaüdə çıxdıqdan sonra, Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin müvəkkili təyin edilmişdir.

1991-ci ilin noyabr ayında "Azərinkom" informasiya-kommersiya birliyinin, 1997-ci ildən 2004-cü ilə qədər  Azərbaycan Respublikası "Azərinkom" səhmdar cəmiyyətinin baş direktoru vəzifəsində çalışmışdır.

Həsən Seyidov SSRİ-nin "Lenin" ordeni, üç dəfə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif etmişdir. 1969-cu ildə ona “Azərbaycan SSR ”Əməkdar mühəndisi" fəxri adı verilmişdir. Bundan başqa, o bir neçə dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri diplomu ilə mükafatlandırılmışdır.

Həsən Seyidov 2004-cü ildə Bakı şəhərində dünyasını dəyişmiş, Bakıda İkinci Fəxri xiyabanda dəfn edilmişdir.