Dünya Şəxsi Məlumat Ensiklopediyası

Həsən Həsənov

Həsən Həsənov

Soyadı
Həsənov
Adı
Həsən
Ata adı
Əziz
Doğum tarixi
20 oktyabr 1940
Doğum yeri
Tiflis şəhəri, Gürücstan SSR
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
AzərbaycanSSRİ
İnancı
İslam
Peşəsi
Baş nazir

Azərbaycan SSR və Azərbaycan Respublikasının görkəmli dövlət və siyasi xadimi, diplomat, alim, tarix elmləri doktoru, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1990–1991), Azərbaycan Respublikasının Baş naziri (1991-1992) və Xarici İşlər Naziri (1993–1998) Həsən Əziz oğlu Həsənov 20 oktyabr 1940-cı il tarixində Gürcüstan SSR-in Tiflis şəhərində doğulmuşdur.

Həsən Həsənov 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirmişdir. 1958-ci Bakıya gəlmiş və Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə həmin institutu bitirmişdir. 1966–1967-ci illərdə Azərbaycan SSR EA Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olmuşdur

1981-ci ildə Azərbyacn KP MK yanında Bakı Ali Partiya məktəbini bitirmişdir.

2004-cü ildə Bakıda, Azərbaycan MEA-da "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Gürücstanda, Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiəsi etmişdir.

Həsən Həsənov azərbaycan, türk, ingilis, rus və gürcü dillərini sərbəst şəkildə bilir.

Həsən Həsənov 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdir. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının mərkəzi qurumlarını üzvü olmuşdur.

1960-cı ildən 1963-cü ilə qədər Azərbaycan Bakı Şəhər Tələbə Şurasının sədri, ALKGİ Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), ALKGİ Yasamal Rayon Komsomol Komitəsinin katibi (1962–1965), ALKGİ MK-də bölmə müdiri vəzifələrində çalışmışdır (1965–1966). 

1967–1969-cu iliərdə Azərbaycan Kommunist Partiyası MK-da təlimatçı vəzifəsində çalışmışdır.

1969–1971-ci illərdə Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir. 1971-ci ildə Azərbaycan SSR-ə, qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971–1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışmışdır.

1975–1978-ci illərdə Azərbaycan KP Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi, 1978–1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi, 1979–1981-ci illərdə isə Kirovabad Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləmişdir.

1979-1984-cü illərdə SSRİ Ali Sovetinin deputatı və 1977-1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə Katibi, 1983–1988-ci illərdə tikinti məsələləri üzrə Katibi, 1988–1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə Katibi vəzifələrində çalışmışdır.  

1991-1992-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

26 yanvar 1990-ci ildə Azərbaycan SSR Ali Sovetinin seesiyasında Azərbaycan SSr Nazirlər Sovetinin Sərdi vəzifəsinə təyin edilmişdir. 7 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Baş Naziri təyin edilmiş və 4 aprel 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir.

1992–1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatında (ABŞ, Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

1993–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Naziri vəzifəsində işləmişdir. Həmin illərdə BMT, YUNESKO və İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik etmişdir.

Həsən Həsənov 1995-ci ildə Müstəqil Azərbaycanın ilk Konstitusiyasını hazırlayan Dövlət  Konstitusiya Komissiyasının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmiş 2010-cu ilə 1ədər bu vəzifəni icra etmişdir. 

 2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir və 2021-ci ilə qədər bu vəzifəni icra etmişdir.

Həsən Həsənov elmi və bədii yaradıcılıqla da məşquldur. O, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar" pyesinin müəllifidir. H. Həsənov Tarixin hədəfi (Tarixin fəlsəfəsi), Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti, Türklüyümüz, “Misir amuleti və ieroqlifləri Azərbaycanda” adlı monoqrafiyaların, Azərbaycanın Avropaya inteqrasiyası əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir.