Fərhad Turanlı
Fərhad Turanlı
Ukraynanın və Azərbaycanın tanınmış elm və ictimai xadimi, tarix elmləri doktoru, türkoloq, ukraynaşünas, "Kiyev-Moqilyanska Akademiyası" Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru, Fərhad Qardaşxan oğlu Turanlı 26 dekabr 1960-cı ildə, Azərbaycan SSR-in Sabirabad rayony Çiçəkli kəndində dünyaya gəlib.
Fərhad Turanlı, 1977-ci ildə Azərbaycan SSR Sabirabad rayonu Muğangəncəli orta məktəbini uğurla başa vurub. 1992-ci ildə Ukrayna Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakultəsini bitirib.
1993-1996-cı illərdə Prıkarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə təhsil alaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tətqiqat işləri aparmaqla bərabər, 1994–1996-сı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tətqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında uğurla davam etdirimişdir.
1997-ci ildə Tarix elmləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mixaylo Qruşevski adına Qədim Əlyazmalar və Mənbəşünaslıq İnstitutunun xüsusi Elmi Şurasında dissertasiyasını müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib.
2017-ci il oktyabr ayının 12-də də "Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi" mövzusunda tarix elmlər doktorluğu disertasiyasını Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kiyev Milli Universitetinin xüsusi Elmi Şurasında müdafiə edərək, tarix elmlər doktorluğu dərəcəsinə nail oub. Hazırda, "XVI-XIX yüzillərədə Türk Osmanlı İmperiyası, Ukrayna Kazak Dövləti, Kırım Xanlığı və Şərqi Avropa dövlətləri arsındaki münasibətlər" mövzusunda elmi tədqiqatını davam etdirir.
Fərhad Turanlı, 1977-1979-cu illərdə Bakı şəhərində məskunlaşmış və əmək fəaliyyətinə başlamışdır. 1979-1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna SSR Daxili İşlər Nazirliyində, o cümlədən Ukrayna SSR daxili İşlər Nazirliyi Prıkarpatiye Milis Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir.
1997–2000-ci illərdə Vasili Stefanika adına Prikarpatye Milli Universitetində elmi-pedaqoji fəaliyyət göstərib. 2002–2006-cı illərdə Taras Şevçenko adına Kiyev Milli Universiteti Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərərək, bilavasitə bu universitetdə Avropada ilk dəfə olaraq açılan "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə dərsəlri tədris edərək, eyni zamanda "Türk İnformasiya və Araşdırma Mərkəzi"ni təşkil edib. 2006–2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində də çalışıb.
2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə təsis olunan, o cümlədən Amerika və Avropada tanınan "Kiyev-Moqilyanska Akademiysı" Milli Universitetinin Humanitar Elmlər fakültəsində, eyni zamanda 2019–2020-ci illərdə Ukrayna Milli Aviasya Universiteti Beynəlxalq Əlaqələr Fakultəsinində təşəbbüsü ilə qurulan şərqsünaslıq kafedrasının müdiri vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərib. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. Ukraynada və xarici ölkələrdə nəşr olunan 200 artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. 30 ildir ki, elmi-pdagoji fəaliyyət göstərməkdədir.
Ukraynada siyasi fəaliyyətlə də məşğul olan Fərhad Turanlı 2006–2008 illərdə Ukrayna Ali Radasının millət vəkilləri Gennadiy Udovenkonun, 2014-cü ildə isə Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir.
1988-ci ildən başlayraq Ukraynada diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir. Ukrayna Azərbaycanlıları Konqresinin təsisçilərindən biridir. Kiyev şəhərində təsis etdiyi "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəridir.
Azərbaycan diasporunun fəal üzvlərindən olan Fərhad Turanlı 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci, İkinci, Dördüncü Qurultaylarında və bir sıra Beynəlxalq elmi konfranslarda (Ukraynada, Polşada, Türkiyədə, Azərbaycanda, Rumuniyada, Şimali Makedonya Respublikasında vs.), o cümlədən III və VI Bakı Beynəlxalq Humanitar Forumlarında iştirak edib. Azərbaycan-Ukrayna (2001), Türkiyə-Ukrayna (2002) münasibətləri mövzusunda ilk konfranslar təşkil edərək, kitablar nəşr etdirib.
2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019-2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir.
Mükafatları
Fərhad Turanlı elmi və ictimai fəaliyyətlərinə görə "Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə" (2002), "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinində şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə" (2008) mükafatlarla təltif olunub. Eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub. Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə də təltif edilib.
12 may 2018-ci ildə Ukrayna Azərbaycanlıları Birlşmiş Diasporasının "Azərbaycan Xalq Cümhuriyyəti-100" ordeni ilə təltif olnub.
02 iyun 2019-cu ildə Ukrayna Pravoslav Kilsəsinin Sülhsevər Mitropolit Volodımıri Ordeni.
30 dekabr 2019-cu ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Tenqri Ulduzu" ordeni ilə təltif edilib.[5]
15 noyabr 2020-ci ildə "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinin və Mohılyanska Akademiyası Qardaşlığ Cəmiyyətinin (Mohılyanske Bratstvo) inkişafında xüsusi əməyinə görə" (2020) universitetin diplomu ilə təltif olunub.
30 dekabr 2020-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Şərəf" ordeni (UQTMŞ) ilə təltif edilib.