Dursun Əhmədov
Dursun Əhmədov
Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı, 1950-1952-ci illərədə Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı,ictimai xadim Durusn Əhməd oğlu Əhmədov 10 may 1929-cu ildə Gürcüstan SSR Borçalı rayonunun Qaçağan kəndində dünayaya gəlib.
Dursun Əhmədov 1934-cü ildə Qaçağan kənd yeddillik məktəbinə daxil olmuş və orta təhsilini 1941-ci ildə başa vurmuşdur.
1950-ci ildə Belorusiya KP Mərkəzi Komitəsi nəzdində Respublika Partiya Məktəbinin “Marksiszm-Leninizm” kursunu bitirmişdir.
1941-ci ildə Qaçağan kənd orta məktəbini bitirən yeniyetmə Dursun Əhmədov Qaçağan "Kommunizm" Kolxozunda əmık fəaliyyətinə başlamışdır. O, zəmətsevər və təşşəbüskar olduğunu üçün 1944-cü ildə manqa başçısı təyin edilir.
1949-cu ildə D.Əhmədovun başçılıq etdiyi manqa "Trabzon" tütünü becərərk, yüksək məshuldarlıq əldə edir. Bu məsuldarlıq göztəricisi bütün Sovet İttifaqı üzrə birinci yerdə idi. Bu əmək fəaliyyətinə görə SSRİ dövlət rəhbərliyi D.Əhmədova Sosialist Əməyi Qəhrəmanı fəxri adı verdi.
1949-1952-ci illərədə Belorusiya SSR-in Qrodnı vilayəti Volkovısk rayonunda dislokasiya olunan SSRİ Silahlı Qüvvələri Quru Qoşunları 28-ci Ümumqoşun Ordusu 6-cı Qvardıya Tank Diziyasında həqiqi hərbi xidmət keçmişdir.
8 iyul 1950-ci ildə Dursun Əhmədov hərbi xidmətdə olduğu zaman, hərbi keçid zamanı 6-cı Qvardiya Tank Divizyasının komandanı onu hərbi sıra önünə dəvət edərək, rəsmi şəkildə bildirmişdir ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 mart 1949-cu il tarixli fərmanı ilə, ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verlmiş və o, "Oraq və Çəkic" medalı ilə təltif edilmişdir. Dursun Əhmədov Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı fəxri adı alanda cəmi 19 yaşında idi.
1950-ci ildə xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, Sovet İttifaqının ən yüksək mükafatlarından biri olan "Lenin ordeni" ilə təltif edilmişdir.
1950-ci il Sovet İttifaqnda yerli Sovetlərə keçirilən seçkilərdə Dursun Əhmədov Belorusiya SSR Volkovısk Şəhər Xalq Deputatları Sovetinin deputatlığına namizəd irəli sürülmüş və o, Beloruisiya SSR Volkovısk Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
D.Əhmədov 1950-1952-ci illərdə xalq deputatı kimi, Belorusiya KP Mərkəzi Komitəsinin və digər ümumrespublika tədbirlərində dəflərlə iştirak etmişdir.
1952-ci ildə Dursun Əhmədov hərbi xidmətdən doğma Qaçağan kəndinə qayıtmış və təqaüdə çıxana qədər Gürcüstan SSR Marneuli rayonu Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüffatında işləmişdir.
Sosialist Əməyi Qəhrəmanı kimi D.Əhmədov daima Gürcüstan KP MK-nın, Gürcüstan KP Marneuli Rayon Komitəsinin tədbirlərində yerli əhaliyi təmsil etmişdir.
Dursun Əhmədov 23 yanvar 1980-ci il tarixdə Gürcüstan SSR Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir.