Dünya Şəxsi Məlumat Ensiklopediyası

Dünyamalı Əmircanov

Dünyamalı Əmircanov

Soyadı
Əmircanov
Adı
Dünyamalı
Ata adı
Məhəmməd oğlu
Anasının adı
Pürüz
Doğum tarixi
10 may 1933
Ölüm tarixi
23 yanvar 2000
Doğum yeri
Gürcüstan SSR, Borçalı qəzası, Qaçağan kəndi.
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
GürcüstanSSRİ
İnancı
İslam
Peşəsi
Dövlət qulluqçusu

Dünyamalı Məhəmməd oğlu Əmircanov  10 may 1933-cü ildə Gürcüstan SSR-in Borçalı qəzasının  Qaçağan kəndində dünyaya göz açıb. 23 yanvar 2000-ci ildə Azərbaycanın Bakı şəhərində vəfat edib. Dünyamalı Əmircanov Gürcüstan ictimai-siyasi xadimi, 1978–1980-ci illədrə Gürcüstan SSR Marneuli Rayon Xalq Deputatları Sovetinin deputatı. 1964–1998-ci illərdə Gürcustan SSR və Gürcüstan Respublikasında kənd təsərüffatı, yüngül sənaye və regional idraetmə üzrə müxtəlif məsul dövlət qurumlarının rəhbəri. 1989–1991-ci illərdə Borçalıda (Gürcüstan) gürcü-azərbaycanlı etnik münaqişəsinin qarşısının alınmasında xüsus rolu olmuş şəxslərdən biri olub. Borçalıda yaşayan türklərin el ağsaqallarından idi.

Dünyamalı Əmircanov 10 may 1933-cü ildə Gürcüstan SSR Borçalı Qəzasının Qaçağan kəndində, qədim Əmircanlı nəslinin nümayəndəsi Məhəmməd Süleyman oğlu Əmircanovun (1904–1943) ailəsində dünyaya gəlib. Uşaqlığı və ilk gəncliyi Qaçağan kəndində keçib. 1941-ci ildə atası M.Əmircanov Sovet Ordusu sıralarına çağrılıb və Almaniyaya qarşı müharibəyə aparıldıqdan sonra Dünyamalı Əmircanov üzrəinə atasını əvəz etmək düşüb. 1952-ci ildə Bakı şəhərinə ail təhsil almağa gedib və 1956-cı ilə qədər Bakıda yaşayıb. D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitutunu Maliyyə-uçot ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma Borçalıya dönüb və 1998-ci ildə təqaüdə çıxana qədər, tutduğu vəzifələrlə bağlı Qaçağan kəndində və Marneuli şəhərində yaşayıb. 1998-ci ildən etibarən Bakı şəhərinə köçüb.

23 yanvar 2000-ci ildə Bakı şəhərində vəfat edib və Bakıda dəfn edilib.

Dünyamalı Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Hazırda Gürcüstanın Marneuli Bələdiyyəsi Qaçağan kəndi, Bakı şəhəri və digər ölkələrdə yaşayan Əmircanlı soyu, Borçalının qədim Qarapapaq soylarından biridir. Nəslin əcdadı Əmircan kişi 16-cı əsrdə Borçalıya Osmanlı İmperiyasının Qars bölgəsindən köçüb gəlmişdir. Soy Boruçalı, Saral və Ulaşlı tayfaları ilə qohumluq əlaqələrinə malikdir. Hazırda Qaçağan kəndi, Bakı şəhəri və digər ölkələrdə Atası Əmircanov Məhəmməd Süleyman oğlu 1904-cü ildə Rusiya İmperiyası, Tiflis quberniyası, Qaçağan kəndində dünayay gəlib 1942-ci ildə Alman ordusunun işğalçı hucumuna qarşı Krım yarımadasının müdafiəsi zamanı həlak olub.

1951-ci ildə Qaçağan kənd ümumtəhsil orta məktəbini başa vurub.

1956-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərrüfatı İnstitutunu Maliyyə-uçot ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1975-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitunu aqrar-sənaye ixtisası üzrə başa vurub.

1979-cu ildə Gürcüstan SSR İstehlak Cəmiyyətləri İttifaqının İxtisasartırma kursunu başa vurub.

1980-ci ildə Gürcüstan KP MK "Marksizm və Leninizm" siyasi kursunun dinləçisi olub.

Dünyamalı Əmircanov əmək fəaliyyətinə çox gənc yaşından etibarən başlayıb. Atası Məhəmməd Əmircanovun Böyük Vətən Müharibəsinə getməsi səbəbindən ailəsini saxlamaq üçün 1943-cü ildən etibarən Qaçağan "Kommunizm" kolxozunda işləyib.

1951-ci ildə Bakıya gələrək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1956-ci ildə Azərbaycan SSR-in Bakı şəhərində ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra doğma Borçalıya dönüb və Qaçağan kənd Sovetliyi ərazisində yerləşən Xancıqazlı kolxozunda iqtisadçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1957-ci ildə isə Qaçağan "Kommunizm" kolxozunda mühasib vəzifəsinə təyin edilib.

1964–1970-ci illərdə Gürcüstan SSR İstehlak Cəmiyyətləri İttifaqı Qaçağan İstehlak Cəmiyyətinin Sədri vəzifəsini tutub. 1970-ci Gürcüstan SSR Nazirlər Soveti İşlər İdarəsinin təqdimatı ilə ildə Gürcüstan SSR Kənd Kəsərrüfatı Məhsullarının İstehsalı və Tədarükü Nazirliyinin Marneuli Rayon Tədarük Baş İdarəsinin Direktoru vəzifəsinə təyin edilir və 1973-cü ilə qədər bu vəzifəsini layiqincə yerinə yetirir.

1973–1978-ci illərdə Gürcustan SSR İstehlak Cəmiyyətləri İttifaqı Marneuli Rayon İstehlak Cəmiyyətinin Sədr müavini vəzifəsində çalışıb.

1978-ci ildə D.Əmircanov Gürcüstan SSR Dövlət Çörək Məhsulları Komitəsinin Marneuli Regional Çörək Kombinatının Direktoru təyin edilir. Bir il bu vəzifədə işlədikdən sonra, Gürcüstan SSR KP Marneuli Rayon Komitəsinin təqdimatı ilə, rayon ərazisindəki mağazalarda, kənd təsərüffatı satış mərkəslərində və ümmən istehlak sahəsindəki qanunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması, əhalinin ərzaq və sənaye məhsulları ilə təmin edilməsi prosesinin sabitlşdirilməsi üçün, Gürcüstan SSR İstehlak Cəmiyyətləri İttifaqı Marneuli Rayon İstehlak Cəmiyyətinin Sədri vəzifəsinə keçirilir.

1978-ci ildə Gürcüstan-də yeni Konstitusiya qəbulundan sonra yerli özünüidarəetmənin və yerli sovetlərin səlahiyyətləri artırıldı. 1978-ci ildə Gürcüstan SSR-də yerli Sovetlərə (Şuralara) seçkilər keçirildi. D.Əmircanov Marneuli rayonu 4-cü seçki bölgəsindən Marneuli Rayon Xalq Deputatları Sovetinə deputat seçildi.

D.Əmircanov 1980-ci ildə yenidən Gürcüstan SSR-də ən böyük istehsal müəssisələrindən biri olan Marneuli Çörək Kombinatına Direktor təyin edilir. Gürcüstan KP MK Yüngül Sənaye və İctimai Təminat Şöbəsi bir çox hallarda respublikaının əsas yüngül sənaye istehsalı bölgəsi olan Marneuli rayonu ərazisində yerləşən və zərərlə işləyən, ciddi korrupsiya və yeyinti halları aşkar edilən dövlət müəsissələrinə Dünyamalı Əmircanovu rəhbər vəzifəyə göndərməklə vəziyyəti dəyişir, istehsalın yüksəldilməsinə, korrupsiya və yeyinti hallarının aradan qaldırılmasına nail olurdu. D.Əmircanov barədə 1982-ci ildə Gürcüstan SSR Nazirlər Sovetinin Sədri Gürücüstan KP MK və Marneuli rayon Partiya Komitəsindən təqdim edilmiş xüsusi arayışda bu barədə geniş geyd edilirdi və faktiki olaraq tənəzzülə uğramış müəssisələrin yenidən dirçəldilməsində D.Əmircanovun fəaliyyətinin səmərəli olması vurğulanırdı.

1981-ci ildə Gürcüstan KP Marneuli Rayon Komitəsinin təqdimatı ilə D.Əmircanov Marneuli rayon İşctimai İaşə İdarəsinə Direktor vəzivəsinə keçirldi və 1985-ci ilə qədər bu vəzifədə uğurla çalışdı.

1979–1981-ci illərdə Marneuli rayon İctimai İaşə İdarəsi korrupsiyaya uğramış, bğlgə rayonları içərisində ən geridə qalmış dövlət müəssisələrindən biri idi. 1979–1980-ci illərdə Gürcüstan SSR Baş Prokurorluğu və SSRİ DİN SƏDM orqanları 5 dəfə araşdırma aparmış, 7 nəfər əkmədaş həbs etmiş lakin idarədə vəziyyət heç bir halda stabil hala gələ bilməmişdir. Həmin dövrdə əhalinin sıx yaşadığı, həmçinin milli azlıqların yaşadığı bölgə olduğu üçün Marneuli rayonuna ciddi diqqət var idi. Belə bir vəziyyətdə durumu dəyişmək üçün D.Əmircanov Marneuli Rayon İşctimai İaşə İdarəsinə Direktor vəzifəsinə gətirildi və 1985-ci ilə qədər bu müəssisə stabil gəlirli və əhaliyə xidmət sahəsində nümunəvi quruma çevrildi. Bu xidmətinə görə D.Əmircanov 1984-cü ildə Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edildi.

1985–1986-cı illərdə D.Əmircanov Gürcüstan SSR Ticarət Nazirliyi Marenuli şəhər Ticarət Mərkəzinin Direktoru işləyib.

1986-cı ildə yenidən Marneuli rayon İştimai İaşə İdarəsinə Direktor vəzifəsinə qaytarılır və 1989-cu ilə qədər bu vəzifədə əmək fəaliyyətini davam etdirmişdir.

1988-ci ildə Gürcüstan SSR-in Borçalı bölgəsində gürcü-azərbaycanlı, azərbaycanlı-erməni milli münaqişələrinin yardılması istiqamətində müəyyən təxribatçı qüvvələr geniş fəaliyyətə başladılar. Gürcülaər və azərbaycanlılar arasında milli zəmində münaqişənin yaranması təhlükəsi əmələ gəldi. Bu vəziyyət Borçalı canı və qəlbi ilə bağlı olan D.Əmircanovu çox narhat edirdi. Həmin dövrdə Borçalının bir çox nüfuzlu şəxsləri gürcü-azərbaycanlı milli münaqişəsinin qarşısını almağa, baş verə biləcək təxribatları neytrallaşdırmağa çalışırdılar. Vəziyyət həqiqətən də çox təhlükəli həddə çatmışdır. 

1989-cu ildə Gürcüstan SSR Marneuli rayonu Şulaver kəndində az qala milli qarşıdurma silahlı münaqişəyə çevriləcəkdi. Belə ki, Şulaveri kəndi milli azlıqların: rusların, ermənilərin, gürcülərin, kürdlərin, yunaların, aysorların və azərbaycanlıların qarşıqı yaşadığı bir məntəqə idi və Tbisili-Erevan qatarı bu məytəqədən keçirdi. Ermənistandan Daşnaksütun partiyasının təxribatçıları da eyni zamanda erməni-azərbaycanli və erməni-gürcü qarşıdurması yaratmağa cəhd edirdilər. Belə bir vəziyyətdə gürcülər belə Şulaveri kəndində rəhbər vəzifə tutmaqdan imtina edir, digərləri isə Gürcüstanda kənara qaçırdılar. 1989-

1989-cu ildə Marneuli Rayon XDS İcrayyə Komitəsinin birbaşa qəararı ilə D.Əmircanov Şulaveri Kənd Soveti İcrayyə Komitəsinin Sədri təyin edildi. Məhz D.Əmircanovun fəaliyyəti nəticəsində Şulaveri kəndində alovlancaq və sonradan bölgəni bürüyə biləcək milli münaqişə təhlükəsi aradan qaldırıldı. 1990-cu ildə Şulaver kəndində təxribat törətməyə cəhd edən erməni ASALA terror təşkilatının 2 üzvü Gürcüstan SSR DTK tərəfindən həbs edildi və Tbilisiyə aparıldı. Həmin terrorçular Şulaveri dəmir yolu vağzalında Tbilisi-Erevena çərnişin qatarını partlamağı planlaşdırmışdılar.

Dünyamalı Əmircanovun səyləri nəticəsində Marneuli rayonu ərazisində baş verə biləcək milli münaqişə ocaqları söndürüldü. 1990–cı ildə D.Əmircanov doğma kəndi Qaçağanda İstehak Cəmiyyətinin Sədri təyin edilir və bir il bu vəzifədə işləyir. 1991–1993-cü illərdə Qaçağan Südçülük-Tərəvəzçilik Sovxozunun Direktoru olaraq karyerasını davam etdirir. 1993–1995-ci illərdə Marneuli rayon Şulaveri Kənd Məclisi İdarə Heyətinin (Sopelis Saqrebulos Qamqeoba) Sədri vəzifəsində çalışır.

1995-ci ildə Gürcüstan Respublikası Marneuli Rayon İstehlak İdarəsinə Direktor vəzifəsinə keçirilir və 1997-ci ilədək bu postda işləyir. 1997-ci ildə Qaçağan Südçülük-Tərəvəzçilik Dövlət Müəssisəsinə Direktor təyin edilir və 1998-ci ildə təqaüdə çıxanadək bu vəzifədə çalışırmışdır.

2001-ci ildə Dünyamalı Əmircanovun xatirəsini əbədiləşdirmək və eyni zamanda Gürcüstanın Marneuli rayonu Qaçağan kəndinin icməli su problemini həll edilməsi üçün, oğlu Roman Əmircanovun təşəbbüsü və təşkilatçılığı ilə Qaçağan kəndinin mərkəzində, 28 metr dərinliyində bir neçə bərk süxur qatını keçən, artezian quyusu qazildi və bərk süxur qatının altında yerləşən bol su mənbəyi aşakar edildi. Daha sonra quyuya xüsus dərinlik su nasosu yerləşdirildi. Quyu üzərində əlavə texniki tikili hazırlandı, 20 tonluk su çəni quraşdırıldı, ətrafda yaşıllaşdırma həyata keçirildi və nəticədə istirahət kompleksi yaradıldı. Bu istirahət kompleksi və bulaq Dünyamalı Əmircanovun şərəfinə "Dünyamalı bulağı" adlandırıldı. hazırda "Dünyamalı bulağı" Qaçağan kəndinin gözəl istirahət güşələrindən birdir və 8000-dən çox əhalisi olan böyük yaşayış məntəqəsinin şimal hissəsini faktiki olaraq təmiz içməli su ilə təmin edir.