Dünya Şəxsi Məlumat Ensiklopediyası

Arif Abbasov

Arif Abbasov

Soyadı
Abbasov
Adı
Arif
Ata adı
Akim
Anasının adı
Zəkiyyə
Doğum tarixi
22 dekabr 1937
Ölüm tarixi
21 aprel 2005
Doğum yeri
Azərbaycan Respublikası, Naxçıvan MR, Naxçıvan şəhəri
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
Azərbaycan
İnancı
İslam
Peşəsi
Alim

Arif Akim oğlu Abbasov 1937-ci il dekabrın 22-də Naxçıvan şəhə­rində ziyalı ailəsində ana­dan olmuşdur. 

Atası general-mayor Akim Əli oğlu Abbasovdur. 

1956-cı ildə Azər­baycan Dövlət Uni­ver­si­te­ti­nin (indiki Bakı Dövlət Universiteti) Tarix fa­kül­təsinə daxil olmuşdur. 

A.Abbasov Moskva şəhərində – SSRİ EA-nın Etno­qra­fiya və Antro­pologiya İnstitutuna ezam edilmiş,  1974-cü ildə Tbilisi şəhərində “Azər­baycan dağ-mə­dən sənayesi işçilə­rinin müasir məişət və mə­dəniyyəti” mövzu­sunda namizədlik dis­ser­ta­siyası müdafiə etmişdir.  

A.Abbasov 1961-ci il­də Azərbaycan Elmlər Aka­demiya­sının Ta­rix İns­ti­tutunda işə qəbul olunmuş və bütün son­ra­kı həyatını elmə həsr etmişdir.

A.Abbasov SSRİ EA-nın Etno­qra­fiya və Antro­pologiya İns­titutundan qayıt­dıq­dan son­ra elmi tədqiqat iş­lə­ri­ni da­vam etdirmiş, etnoqrafiyanın Azər­bay­can­da yeni olan etnososioloji və etno­mədəni pro­seslər isti­qa­mət­ləri üzrə araşdırmalar apar­mış­dır.

1974-cü ildə Tbilisi şəhərində “Azər­baycan dağ-mə­dən sənayesi işçilə­rinin müasir məişət və mə­dəniyyəti” mövzu­sunda namizədlik dis­ser­ta­siyası müdafiə etdikdən sonra A.Abbasov bir müddət Azər­bay­can Elmlər Akademiyası Rəyasət He­yə­tin­də Elm Tarixi üzrə Elmi Şu­ranın elmi katibi və­zifəsində çalışdıqdan sonra o, 1978-ci ildə ye­nidən Tarix İnstitutuna qayıtmış və burada el­mi işlər üzrə direktor müavini vəzifəsində işə başla­mışdır.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyə­ti­nin 1982-ci il 25 may tarixli qərarına əsasən Tarix İnstitutunun Arxeologiya və Et­no­qrafiya Sek­toru nəzdində Etnoso­sioloji təd­qiqatlar şöbəsi yara­dıl­mış və şöbəyə rəh­bər­lik A.Ab­ba­so­va həvalə edil­mişdir. 1993-cü ildə isə Ar­xeo­lo­gi­ya və Etnoqrafiya Sek­toru İnstituta çevrilmiş və A.Abbasov hə­min İnstitutun ilk direktoru olmuşdur.

A.Abbasov 1995-ci ildə “Azərbaycanın yeni şə­hər­lə­rinin həyat tərzi (etnoso­sio­loji təd­qi­qat)” möv­zusunda doktorluq disserta­si­ya­sı müdafiə edə­rək tarix elmləri doktoru alimlik dərəcəsi al­mış, 2001-ci ildə Azərbaycan Mil­li Elmlər Akademi­ya­sı­nın müxbir üzvü se­çil­­mişdir.

A.Abbasovun müasir Azərbaycan et­no­qrafiya elminin inkişafında bö­yük xid­mət­lə­ri olmuşdur. Belə ki, Azərbaycan et­no­qra­fi­ya­sının bir sıra aktual problemləri, o cüm­lə­dən etnososioloji, etnomədəni, etno­de­moq­ra­fik və etnostatistik proseslərin ilk dəfə araş­dı­rıl­ması bilavasitə A.Ab­ba­so­vun adı ilə bağ­lı­dır. Onun rəhbərliyi al­tın­da institut bir sıra bey­nəlxalq elmi kon­franslar təşkil etmiş, müx­təlif xarici ölkələrlə elmi əməkdaşlıq əla­qə­ləri qura bilmişdir. Bundan başqa, Ar­xe­olo­gi­ya və Etnoqra­fiya İnstitutunun YUNESKO-nun “Böyük İpək Yolu” və İNTAS-2000 proq­ram­larında yaxın­dan iştirak etməsində də A.Ab­basovun böyük əməyi olmuşdur

A.Abbasov Ümummilli Liderimiz Hey­dər Əliyevin uzaqgörən siya­səti nəti­cə­sin­də reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçdiyi ərazilərin ar­xeoloji abi­dələrinin tədqiqi ilə bağlı geniş fəaliyyət pro­q­ramı həyata keçirmişdir. O, dəfələrlə Fran­sa, Türkiyə, İtaliya, Rumıniya, Polşa, Al­ma­niya, ABŞ və s. ölkələrdə keçirilən bey­nəl­xalq konfrans və konqres­lər­də Azərbaycan etnoqrafiya elmini layi­qincə təmsil etmişdir.

A.Abbasov Azərbaycan xalqının məi­şət və mədəniyyətinə aid bir neçə mo­no­qra­fi­ya­nın və yüzdən artıq elmi məqalənin müəl­li­fi­dir. 1998-ci ildə Arxeolo­gi­ya və Etnoqrafiya İns­titutunun təş­ki­lat­çı­lı­ğı və bilavasitə işti­rakı ilə işıq üzü görən “Azər­baycanlılar” adlı ümu­mi­ləşdirici fun­da­mental mono­qrafiyanın baş re­daktoru da A.Abbasov olmuşdur.

 

KateqoriyaElm