Dünya Şəxsi Məlumat Ensiklopediyası

Akif Həsənov

Akif Həsənov

Soyadı
Həsənov
Adı
Akif
Ata adı
Ənvər
Doğum tarixi
5 noyabr 1952
Doğum yeri
Marneuli şəhəri, Gürcüstan SSR
Milliyəti
azərbaycanlı
Vətəndaşlığı
GürcüstanSSRİ
İnancı
İslam
Peşəsi
Dövlət xadimi

Gürcüstan ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Ali Sovetinin deputatı, Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imza atmış istiqlalçı deputatı, Akif Ənvər oğlu Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlığı və erkən gəncliyi Marneuli şəhərində keşmişdir.

 

Akif Həsənov 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil Azərbaycandilli orta məktəbini başa vurmuşdur. 1969-cu ildə Bakıda, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə Fizika fakültəsini bitirmişdir. 

Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973–1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov yenidən 1975-ci ildən 1983-cü ilə qədər Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmışdır.

Gürcüstanda siyasi və hərbi vəziyyətin kritik olması, milli azlıqların yaşadığı bölgələrdə dövlət hakimiyyətinin nəzarəti itirməsi Gürcüstanı idarə edən yeganə hakimiyyət orqanı olan Dövlət Şurasını xalq tərəfindən qəbul edilən nüfuzlu şəxsləri yenidən idarəetmə vəzifələrinə təyin etməyə vadar etdi. 10 mart 1992-ci ildə Gürcüstan Dövlət Şurasının Sədri vəzifəsinin icrasına başlayan Eduard Şevardnadze azərbaycanlılar yaşayan Marneuli rayonun rəhbərliyində Akif Həsənovun təmsil olunmasını şəxsən təklif etdi. 12 mart 1992-ci ildə Akif Həsənov faktiki milli münaqişə və hərbi dərəbəylik vəziyyətində olan Marneuli Perefektinin müavini təyin olundu. 1993-cü ilin sonuna qədər Marneuli Rayonu İcra Hakimiyyəti Başçısının vəzifəsini icra edən Akif Həsənovun siyasi vəziyyətin stabilləşdirilməsində, dövlət hakimiyyətinin möhkəmləndirilməsində xüsusi rolu olmuşdur. 1993–1999-cu illərdə Akif Həsənov yenidən pedaqoji fəaliyyətinə dönmüş Marneuli 70 saylı Texniki Peşə məktəbində müəllim işləmişdir